ONN İnformasiya Agentliyi

Rusiya prezidenti Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə edib
26-04-2018, 20:37


Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyanla Ermənistandakı mövcud vəziyyəti müzakirə edib.

ONN media xəbər verir ki, bu barədə Rusiya prezidentinin rəsmi saytında məlumat dərc olunub.

“Müzakirələrdə Ermənistandakı böhranlı vəziyyətin yalnız hüquq müstəvisində, qüvvədə olan Konstitusiya çərçivəsində və 2017-ci ilin aprel ayında keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında həllinin vacibliyi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.

Bundan əvvəl Ermənistanın baş nazir müavini v.i.e Armen  Qovorkyanın Moskvada müşavirə keçirdiyi ilə bağlı xəbər yayılmışdı.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png