İran BMT Nizamnaməsinə əsaslanaraq özünü İsrailin İran ərazisinə hücumuna cavab verməyə borclu hesab edir.
ONN media xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında bildirilib.
“İran XİN sionist rejimin (İsrail – red.) İrandakı bir sıra hərbi mərkəzlərə qarşı təcavüzkar hərəkətlərini kəskin şəkildə pisləyir və bunu beynəlxalq hüququn və BMT Nizamnaməsinin - yəni digər ölkələrin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməklə hədələməkdən və ya istifadə etməkdən çəkinmək prinsipinin - açıq şəkildə pozulması kimi qiymətləndirir”, - bəyanatda vurğulanıb.
Qeyd edilib ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsində əksini tapmış qanuni müdafiəyə dair müstəsna hüququna əsaslanaraq, özünün xarici təcavüz aktlarından müdafiə etmək hüququ və öhdəliyi olduğunu bildirir.
İran XİN Yaxın Şərqdə qeyri-sabitliyin əsas səbəbi kimi ABŞ və Qərbin İsrailin "cinayətkar hərəkətlərinə" hərtərəfli hərbi-siyasi dəstəyini göstərib.
Qeyd edək ki, bundan öncə Tehranın üçüncü ölkə vasitəsilə İsraili xəbərdar edərək, İran ərazisinə edilən hücuma cavab verməyəcəyini bildirdiyi haqda məlumat yayılmışdı.



Rəsmi Tehran bununla bağlı BƏYANAT YAYDI
İran İsrailə 500 dən çox raket atıb
İran İsrailə XƏBƏRDARLIQ ETDİ
İsrailə qətiyyətlə cavab veriləcək – İran
Hücum etsə, İsraili darmadağın edəcəyik - İRAN
İsrail İrana XƏBƏRDARLIQ ETDİ
ABŞ-İran müharibəsi başlayır?- ŞOK CAVAB
İsrail sərt cavab alacaq - Musəvi
İsraildən bu ölkəyə MÜHARİBƏ XƏBƏRDARLIĞI
Təcili: İran qüvvələrini İsraillə sərhədə topladı
İrandan bu ölkəyə XƏBƏRDARLIQ
Şiə İran niyə sünni HƏMAS-ı dəstəkləyir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 