Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 24 saylı Nizami Birinci Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular qeydə alınıb.
ONN media xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, bununla bağlı həmin dairədə qeydə alınmış namizəd Şükürova Ülviyyə Məmməd qızı komissiyaya müraciət edib:
"Namizəd səsvermə günü məntəqələrdə səslərin hesablanmasının düzgün aparılmadığını, seçicilərin seçki hüququnu həyata keçirməsinə zidd halların baş verdiyini iddia edib. Onun müraciəti öncə dairə seçki komissiyası tərəfindən araşdırılıb və əsassız hesab edilib. Qərardan narazı qalan ərizəçi MSK-ya şikayət bildirərək, müvafiq protokol və sənədlər təqdim edib. Səsvermə günü sosial şəbəkələrdə yayılan görüntülər və digər materialların araşdırılması zamanı seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntuları aşkarlanıb. Buna görə də, dairənin 4, 6, 28, 31, 33 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib".
Bundan başqa, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular haqqında da şikayət araşdırılıb.
MSK-nın və Ekspert qrupunun üzvü Fuad Cavadovun təqdimatına əsasən, bununla bağlı həmin dairədə qeydə alınmış namizəd Əzizov Əziz Fatehoviç komissiyaya müraciət edib:
"Namizəd səsvermə günü dairənin 10 seçki məntəqəsində pozuntuların baş verdiyini iddia edib. Onun iddiaları, təqdim etdiyi sənədlər araşdırılarkən 23 saylı Seçki Dairəsinin yalnız 17 saylı seçki məntəqəsində müəyyən qanun pozuntuları aşkarlanıb. Beləliklə, şikayətçinin müraciəti qismən təmin edilib, 17 saylı seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib



Daha 3 məntəqənin nəticələri ləğv olundu
Bələdiyyə seçkilərində bu iki məntəqənin nəticələri ləğv edildi
MSK daha 4 məntəqənin nəticələrini ləğv etdi
MSK pozuntulara görə 2 məntəqədə nəticələri LƏĞV ETDİ
Bu seçki dairəsində pozuntu qeydə alındı - MSK-da müzakirə
MSK daha bir DSK-nın qərarını qüvvədə saxladı
Bu seçki məntəqələrinin nəticələri ləğv edilib
MSK bu məntəqələrdə seçkilərin nəticələrini LƏĞV ETDİ
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI - VİDEO
MSK daha bir məntəqənin nəticələrini etibarsız saydı
SON DƏQİQƏ: 6 məntəqədə seçkinin nəticələri LƏĞV EDİLDİ
SON DƏQİQƏ: Ləğvetmə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 