İranda əskinaslardan dörd sıfırın silinməsi və rəsmi valyutanın “İran rialı”ndan yeni pul vahidi – “İran tümən”inə dəyişdirilməsini ehtiva edən pul islahatı planlaşdırılır.
ONN media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian maliyyə islahatı haqqında qanun layihəsini ölkə parlamentinə təqdim edib.
Bildirilib ki, Nazirlər Kabineti tərəfindən təklif edilmiş və 2019-cu ildə təsdiqlənmiş sənəd təcili qaydada parlamentə təqdim edilib.
“Parlamentə ölkənin maliyyə-bank qanunvericiliyində islahatlar haqqında qanun layihəsi təqdim edilib ki, bunun da mahiyyəti milli valyuta əskinaslarından dörd sıfırın silinməsi və maliyyə sisteminin dəyişdirilməsindən ibarətdir”, – məlumatda deyilib.
İslahat xroniki inflyasiya, valyutanın alıcılıq qabiliyyətinin azalması, həmçinin gündəlik əməliyyatların həcminin artması və xarici valyutalara nisbətdə milli valyutanın imicinin pisləşməsi ilə bağlı problemlərin həllinə yönəlib.
Qanun layihəsinə əsasən, İranın yeni valyutası – “tümən” 10 000 riala və 100 parsəyə bərabər olacaq. Yeni valyutaya keçidin rahatlığı üçün iki illik keçid dövrü müəyyən ediləcək ki, bu müddət ərzində hesablaşmalarda həm yeni “tümən”, həm də köhnə “rial”dan istifadə etmək mümkün olacaq



İran ABŞ-ı məhkəməyə verəcək?
İranda qadağan olunan hicab şəriətə zidd imiş
Pezeşkian Bakıya gəlir
Azərbaycanda bu kənd digər rayona verildi - QƏRAR
Bu məzunlara xüsusi attestat veriləcək
Milli Məclisdə 6 layihə qəbul edilmədi
Milli Məclis bu qanunları ləğv etdi
İsraildən ermənilərə növbəti ZƏRBƏ
İran parlamenti 1 ay vaxt verdi
Azərbaycanda bu qaydalar dəyişdi
Bu gün Milli Məclis yenidən toplanır
Milli Məclisdə xeyli qanun layihəsi yarımçıq qalıb – SİYAHI
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 