ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çin məhsullarına tariflərin artırılması barədə gözlənilən sərəncamı imzaladı. Bu sərəncama görə, Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcək. Sərəncamın icrasına fevralın 4-dən başlanılacaq.
ONN media xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Donald Trampın ticarət siyasəti üzrə müşaviri Piter Navarro bildirib ki, əgər Kanada, Meksika və Çin cavab tədbirləri görərlərsə, Vaşinqton bu 3 ölkənin məhsullarına rüsumları daha da artıracaq. Beləliklə, Tramp hələ noyabr ayında bu 3 ölkəyə qarşı yüksək rüsum tətbiq edəcəyi xəbərdarlığını reallaşdırdı. Tramp bu qərarını həm də qanunsuz miqrasiya ilə mübarizə və qonşu ölkələrdən fentanil narkotik maddənin ABŞ-a daxil olmasının qarşısının alınmasıyla izah edib. Sadəcə, bu iki məsələnin digər məhsullara yüksək rüsumların tətbiqi ilə nə əlaqəsinin olduğunu Ağ Evdə izah edən olmayıb”, - o bildirib.
Politoloqun sözlərinə görə, Ağ Evin hədələrinə baxmayaraq, yüksək tariflərə məruz qalan Kanada, Meksika və Çin cavab tədbirləri planlaşdırırlar:
“Blumberq” agentliyinin xəbərinə görə, Kanada 105 milyard dollar dəyəri olan ABŞ məhsullarına rüsumları artıracaq. Bu barədə Kanadanın xarici işlər naziri amerikalı həmkarı ilə telefon söhbətində əvvəlcədən xəbərdarlıq etmişdi. Meksikanın iqtisadiyyat naziri isə açıqlama verərək, yüksək tariflərin ABŞ-ın avtomobil şirkətlərinə mənfi təsir edəcəyini bildirib. Məsələ burasındadır ki, ABŞ-ın “General Motors” və “Ford Motor” şirkətlərinin pikaplarının 88 faizi Meksikada istehsal edilir.
Çin də cavabını gecikdirməyib. Çinin ABŞ-dakı səfirliyi bəyanat yayaraq, Vaşinqtonla Pekin arasında başlanan ticarət müharibəsində qalibin olmayacağını bildirib. “ABŞ bazar iqtisadiyyatının prinsiplərinə hörmət etməlidir” deyilən bəyanatda iki dövlət arasında iqtisadi və ticarət əməkdaşlığına əngəllər yaradılmasının mənfi nəticələri barədə xəbərdarlıq edilib. Buna baxmayaraq, Çinin ABŞ-a qarşı kəskin addımlar atmayacağını söyləyənlər də var. Pekin Donald Trampın tarifləri artıracağını gözləyirdi. Bütün hallarda ABŞ-Çin münasibətlərində stuktur problemlər mövcuddur və bunlar danışıqlar predmetidir



ABŞ bu ölkə ilə müharibəyə hazırlaşır?
Dünya üçün KRİTİK AY: müharibə bitəcəkmi?
Tramp dünyanı ticarət müharibəsinə sürükləyir - ŞOK PLAN
Tramp Avropaya ticarət müharibəsi elan etdi
Trampdan Çinə növbəti zərbə: 300 milyard...
Tramp Çinə qarşı iqtisadi zərbə hazırlayır
ABŞ prezidenti Avropanı hədələdi
Çində Trampla bağlı QADAĞA
Avropa İttifaqı ABŞ -a XƏBƏRDARLIQ etdi
Çindən ticarət müharibəsində ABŞ-a cavab ZƏRBƏ
ABŞ Çinlə barışmaqdan niyə imtina etdi?
Tramp Çini əlavə rüsumların tətbiqi ilə hədələyib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 