ONN İnformasiya Agentliyi

Bu şəxsin milyonluq avtomobillərinə həbs qoyuldu

Bu şəxsin milyonluq avtomobillərinə həbs qoyuldu
9-02-2025, 16:10
Almaniya prokurorluğu sanksiyadan yayınmaq ittihamı ilə rusiyalı milyarder Roman Abramoviç barəsində araşdırmaya başlayıb.
ONN media xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.
Məlumata görə, Abramoviçin Qarmiş-Partenkirşendəki villası, iki “Buqatti”, bir “Mersedes-Benz” və Lamborcini” avtomobilinə həbs qoyulması barədə qərar qəbul edilib.
Oberzulmdakı köhnə və idman avtomobilləri üçün ixtisaslaşmış şirkətdə saxlanılan avtomobillərin dəyəri bir neçə milyon avro qiymətləndirilir.
Maşınlardan əlavə, Federal Kriminal Polis İdarəsinin və Qarmiş-Partenkirşendəki Sanksiyaların İcrası üzrə Mərkəzi Ofisin əməkdaşları Abramoviçin villasında axtarış aparıb və sübut kimi bir neçə sənət əsərini müsadirə ediblər.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png