İsraillə İran arasında gərginliyin artması nəticəsində Qərb dövlətləri İran rejimini devirmək planını həyata keçirə biləcəklər. Bu, İranda vətəndaş müharibəsinə, xaosa və ölkənin parçalanmasına gətirib çıxara bilər.
ONN media xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Raket zərbələri mübadiləsi bir neçə həftə davam edəcək. Bundan sonra atəşkəs əldə olunacaq", - Markov proqnoz verib.
O qeyd edib ki, İran çox güman ki, ABŞ modeli əsasında nüvə sazişi ilə razılaşacaq və sazişin hazırlanmasında ABŞ-dan əlavə Rusiya və Səudiyyə Ərəbistanı da iştirak edəcək. Razılaşmanın şərtlərinə görə, İran uranın zənginləşdirilməsini dayandıracaq, sanksiyalar aradan qaldırılacaq və İranın nüvə stansiyaları üçün zənginləşdirilmiş nüvə yanacağı Rusiyada istehsal edilərək saxlanılacaq.
Bununla belə, politoloq hesab edir ki, bundan sonra “İranda molla rejiminin devrilməsinə hazırlıq” başlayacaq. O əlavə edib ki, burada ABŞ, Avropa, İsrail və bəzi ərəb ölkələri iştirak edəcək.
Markov vurğulayıb ki, İranda dövlət çevrilişi hakimiyyətdəki liberallara və xaricdən rejimin iranlı əleyhdarlarına dəstək xətti ilə gedəcək, quru işğalı olmayacaq, əksinə daxili qarışıqlıq və döyüşlər olacaq.
"İran bölünəcək", - deyə Markov fikrini yekunlaşdırıb



İsrail yalnız bu vaxt dayanacaq - Markov
İran nüvə sazişi barədə SON QƏRARINI...
İranın qərarı DÜNYANI SİLKƏLƏYƏCƏK: bu gündən başlayaraq...
İran İsrailnən hücuma necə cəsarət etdi?
Rusiyadan İrana BÖYÜK DƏSTƏK
Yeni müharibələr gözlənilir 2018-ci il üçün PROQNOZ
İrandan Avropaya NÜVƏ XƏBƏRDARLIĞI
İran nüvəni zənginləşdirir – İsraildən MÜNASİBƏT
Makron və Ruhani arasında telefonda danışdılar
Bakı-Tehran gərginliyi: Kreml hansı addım atır? - Markov
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 