Monteneqro vizasını almaq üçün Azərbaycan vətəndaşları bu ölkənin Türkiyədəki səfirliyinin Bakıdakı ofisinə müraciət edə bilərlər.
ONN media xəbər verir ki, bu barədə Report-a Monteneqro Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, 2026-cı il yanvarın 15-dən Azərbaycan vətəndaşları Monteneqroya səfər üçün viza almalıdırlar. Bu, ölkənin Avropa Birliyinə üzvlük perspektivləri ilə izah olunub.
XİN bildirib ki, gələcəkdə isə viza mərkəzi olaraq "VFS Global" şirkəti ilə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır:
"Bu əməkdaşlıq çərçivəsində şirkətin Azərbaycandakı viza mərkəzləri də prosesə cəlb olunacaq və viza üçün müraciətlər həmin mərkəzlər vasitəsilə də qəbul ediləcək".
XİN izah edib ki, Monteneqroya səfər üçün iki tip vizalar tətbiq olunacaq:
- qısamüddətli viza (C vizası – Monteneqro ərazisindən tranzit keçid və ya Monteneqro ərazisinə daxil olmaq və 180 gün ərzində ümumilikdə ilk giriş tarixindən hesablanmaqla 90 günədək qalmaq məqsədi ilə verilir.
- Uzunmüddətli viza (D vizası – Monteneqro ərazisində 90 gündən artıq, lakin bir il ərzində ilk giriş tarixindən hesablanmaqla 6 aydan çox olmamaq şərti ilə qalmaq niyyətində olan əcnəbilərə verilə bilər.
Nazirlikdən bildirilib ki, C vizası üçün müraciət planlaşdırılan səfərdən 15 gün əvvəldən gec olmayaraq, D vizası üçün isə səfərdən 60 gün əvvəldən gec olmayaraq təqdim edilməlidir.
"Viza müraciəti üzrə qərar müraciətin təqdim edildiyi tarixdən etibarən 10 gün ərzində qəbul edilir. Əlavə baxılma tələb olunduqda bu müddət 30 günədək uzadıla bilər. Əlavə sənədlərin tələb edilməsi zərurəti yarandıqda isə müddət 60 günədək uzadıla bilər", - nazirlikdən bildirilib.



Bu ölkənin Bakıdakı səfirliyi viza verilməsini DAYANDIRDI
Azərbaycan vətəndaşları BU ÖLKƏLƏRƏ vizasıız gedə bilər - SİYAHI
SON DƏQİQƏ: İran vətəndaşlarına viza verilməsi dayandırılır
Azərbaycan və Türkiyə arasında viza ləğv olundu
İran 28 ölkə ilə viza rejimini ləğv edir
Pakistan Azərbaycan üçün viza rüsumunu ləğv etdi
Fransaya viza almaq istəyən Azərbaycan vətəndaşları üçün yeni qaydalar müəyyən edilib
Viza ilə bağlı AÇIQLAMA
Viza ilə bağlı vətəndaşlara ŞAD XƏBƏR
Qırğızıstan bu ölkələr üçün vizanı ləğv etdi - SİYAHI
Bu ölkə viza verilməsini müvəqqəti dayandırır
Viza almaq istəyənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 