Dövlət Dəniz və Liman Agentliyi Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Rusiyadakı Səfirliyinə daxil olan notaya əsasən dənizçilərə çağırış edir.
ONN media xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.
Bildirilir ki, notada harmala (üzərlik) bitkisinin narkotik tərkibli bitkilər siyahısına daxil edildiyi və Rusiya ərazisində nəzarətə götürüldüyü qeyd olunub.
Həmçinin sözügedən bitkinin qanunsuz dövriyyəsi, saxlanılması və ya qaçaqmalçılığının Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti daşıdığı da bildirilib.
Dövlət Dəniz və Liman Agentliyi qeyd olunanları nəzərə alaraq dənizçilərə xarici dövlətlərin, xüsusilə Rusiyanın ərazisinə giriş və çıxış zamanı müvafiq ölkələrin qanunvericiliyinə ciddi riayət etməyi, habelə harmala (üzərlik) bitkisi də daxil olmaqla bir sıra ölkələrdə qadağan edilmiş maddələrin siyahısı ilə əvvəlcədən tanış olmağı, həmin maddələrin istifadəsindən, daşınmasından və saxlanılmasından qəti şəkildə çəkinməyi tövsiyə edir.
Xatırladaq ki, ötən ay Səhiyyə Nazirliyi üzərlik bitkisi ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə bildirilib ki, tərkibindəki psixoaktiv alkaloidlərə görə üzərlik bitkisi və onun ekstraktları bir çox ölkələrdə nəzarətə alınan maddələr siyahısına daxil edilib. Rusiya Federasiyası Hökumətinin 7 yanvar 2024-cü il tarixli, 135 nömrəli qərarı ilə üzərlik (qarmala) bitkisi rəsmən "narkotik vasitələr olan bitkilər" siyahısına salınıb. Bu o deməkdir ki, Rusiya ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanması və satışı qanunsuz hesab olunur və cinayət məsuliyyətinə səbəb olur
Üzərliklə bağlı daha bir rəsmi xəbərdarlıq



Nazirlikdən üzərliklə bağlı xəbərdarlıq
Dənizçilərə şad xəbər
Dənizçilərin nəzərinə: Müddət uzadıldı
Küləklə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ
Gəmilərimizin Afrikada saxlanılması ilə bağlı rəsmi açıqlama
Dövlət Dəniz Agentliyi güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edib
Dövlət Dəniz Agentliyi küləkli hava ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib
Xəzərdə üzən gəmilərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ OLUNDU
Xəzərdə təhlükəli hidrometeoroloji hadisəylə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Güclü külək əsəcək, dalğanın hündürlüyü 9 metr olacaq - XƏBƏRDARLIQ
Baş nazirdən daha bir qərar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 