Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu 140 ton yüklü neft tankerinin partlayışının xarici müdaxilə nəticəsində baş verdiyini bildirib.
ONN media xəbər verir ki, nazir sualtı hücum versiyasının araşdırıldığını qeyd edib.
“Sualtı hücumla bağlı ehtimallar dəyərləndirilir. Texniki qruplarımız hadisə yerinə yönləndirilib. Onlar yaxın saatlarda bunu müəyyən edəcəklər. Biz daha dəqiq açıqlamanı araşdırmadan sonra verəcəyik. Amma hazırda onu deyə bilərik ki, bu, müdaxilə nəticəsində baş verən partlayışdır. Xüsusilə də mühərrik bölməsinə yönəlməsi gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyır”.
Qeyd edək ki, Türkiyəyə məxsus "ALTURA" adlı xam neft tankeri Qara Dənizdə dronla vurulub. Rusiyadan yola çıxan və 140 min ton xam neft daşıyan tanker gəmi İstanbul Boğazından təxminən 15 mil uzaqlıqda, Qara dənizdə dron hücumuna məruz qalıb. Hadisə zamanı güclü partlayış baş verib. Gəminin göyərtəsində və körpü hissəsində zədələnmə qeydə alınıb. Həmçinin ciddi fəsadlar nəticəsində gəmiyə su dolduğu bildirilib. Gəmidəki 27 nəfərdən ibarət türk heyətinin vəziyyətinin yaxşı olduğu qeyd olunub.



Türkiyənin neft tankeri dronla vuruldu
Qara dənizdə gəmilərə necə və niyə hücum edirlər?
SON DƏQİQƏ: Çində DƏHŞƏTLİ HADİSƏ - 14 nəfər öldü
AB Suriyaya neft daşıyan gəmini saxladı
Ukrayna Rusiyanın neft zavodlarına hücum etdi
Qara Qarayev sərnişin gəmisi Neft Daşlarına ilk səfərini reallaşdırıb
İstanbul boğazı bağlandı
İranda ümummilli matəm günü elan olundu
Türkiyədən Livana gələn gəmi qəzaya uğradı
Prezident “Kəlbəcər” tankerinin istismara verilməsi mərasimində
Qazaxıstan neftini daşıyan iki tanker vuruldu
İran sanksiyalara rəğmən, Çinə neft göndərdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 