SOCAR-ın “Azneft” İB-yə xidmət edəcək, neftçilərin Neft Daşlarına aparılıb-gətirilməsini təmin edəcək Qara Qarayev sərnişin gəmisi ilk səfərini reallaşdırıb.
Bu münasibətlə təşkil olunan mərasimdə rəmzi məna daşıyan qırmızı lent kəsildikdən sonra, gəmi ilə tanışlıq olub. Gəmi kapitanı məlumat verib ki, Qara Qarayev gəmisinin sərnişin tutumu 120 nəfərə bərabərdir. Uzunluğu 57,6 metr, eni 12,5 metr olan gəminin maksimal sürət 40 dəniz milidir. Bununla gəmi sahildən Neft Daşlarına olan yolu 1 saat 30 dəqiqədə qət edəcək.
Bu əlamətdar hadisə münasibətilə neftçiləri təbrik edən “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov onlara rahat və xoş səfərlər arzulayıb: “Neftçilərimizin böyük bir hissəsi növbə dəyişən zaman Neft Daşlarına gedib-gələrkən təxminən 5-6 saatlıq uzun bir yol qət edirdilər. Artıq bu kimi çətinliklər arxada qaldı. Bu gəmi sizin səfərinizi daha rahat və qısamüddətli edəcək”.
Şahmar Hüseynov bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri işçilər üçün daha yaxşı sosial şəraitin yaradılmasıdır: “Bununla bağlı işlər görülür, lazımi addımlar atılır. Zaman keçdikcə siz bu istiqamətdə müsbət nəticələrin şahidi olacaqsınız. Necə ki, biz bu gün hər birinizin böyük sevincinə səbəb olan Qara Qarayev sərnişin gəmisini Neft Daşlarına yola salırıq”.
Sonra qrafikə uyğun olaraq Qara Qarayev gəmisi 120 şərnişinlə birlikdə Neft Daşlarına yola düşüb.



ABŞ raket gəmisi Qara dənizə daxil oldu
Hindistanda gəmi batdı: 21 ölü, 96 itkin
Daha bir gəmi qaçırıldı, hərbi gəmi hərəkətə keçdi
Xəzərdə dəhşətli anlar- GƏMİYƏ SU DOLDU
Batdı deyilən Rəsulzadə gəmisi ilə bağlı son açıqlama
Bu ölkənin hərbi gəmisi Qara dənizdə minaya düşdü
“Şair Sabir” gəmisi yenidən xarici sulara yola salındı
AB Suriyaya neft daşıyan gəmini saxladı
“Azneft” İB “Caspian Business Award 2021” mükafatı ilə təltif edilib
Dənizdə DƏHŞƏT: yüzə yaxın sərnişin daşıyan GƏMİ BATDI, ÖLƏNLƏR VAR
Taxıl sazişindən sonra ilk gəmi İstanbula daxil oldu
Gəmi gəzintisi istəyənlərə ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 