Türkiyə 2040-cı il yanvarın 1-dən etibarən tütün məhsullarının satışını tamamilə qadağan edəcək böyük bir qanunvericilik islahatı hazırlayır.
ONN media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, təşəbbüs hakim Ədalət və İnkişaf Partiyasının nümayəndələri tərəfindən Səhiyyə Nazirliyi ilə birgə hazırlanır və Avropa Birliyi ilə yaxınlaşma siyasətinin tərkib hissəsi kimi təqdim olunur.
Qanun layihəsində yaxın illərdə tütün məhsullarının dövriyyəsinə nəzarətin əhəmiyyətli dərəcədə sərtləşdirilməsi planlaşdırılır. Belə ki, siqaret satışının nağd şəkildə həyata keçirilməsi qadağan ediləcək, bütün əməliyyatlar elektron nəzarət sisteminə keçiriləcək.
Bundan əlavə, məktəblər, universitetlər, xəstəxanalar, dini obyektlər, idman meydançaları və çimərliklərin yaxınlığında siqaret çəkməyə məhdudiyyətlər tətbiq olunacaq. Eyni zamanda ictimai iaşə obyektlərinin açıq ərazilərində də siqaret qadağan ediləcək, yalnız xüsusi ayrılmış zonalarda siqaret çəkməyə icazə veriləcək və bu zonalarda qida və içki təqdim olunmayacaq.
Yetkinlik yaşına çatmayanlara tütün məhsullarının satılmasına görə 6 aydan 1 ilə qədər həbs cəzası nəzərdə tutulur. Qanunu pozanlara həmçinin 5 milyon lirədən 10 milyon lirəyədək cərimələr tətbiq oluna və biznes fəaliyyətləri dayandırıla bilər.
Layihəyə əsasən, 2040-cı ildən sonra Türkiyədə tütün məhsullarının istehsalı, satışı və yayılması tamamilə dayandırılacaq.
Türkiyə "müharibəyə" başlayır: 2040-dan tam qadağan ediləcək



Elektron siqaret QADAĞAN EDİLDİ
Ölkədə siqaret çəkmək qadağan edildi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
Siqaret çəkilməsinin qadağan olunması haqqında qanun qüvvəyə minib
Qətərə bu məhsulların ixracı qadağan edildi - SİYAHI
Siqaret bahalaşır, bu yerlərdə qadağan edilir...
Siqaret çəkmək tamamilə QADAĞAN edilə bilər
Meksikada elektron siqaret qadağan edildi
Ölkədə elektron siqaret qadağan edildi
DİQQƏT- Yeni cərimə tətbiq olunacaq
Siqaret bahalaşacaq?- AÇIQLAMA
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 