Ermənistan Milli Məclisi bu gün keçirilən xüsusi iclasında ölkənin baş nazirini seçib.
ONN media Sputnik Ermənistan-a istinadla xəbər verir ki, baş nazir postunu "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tutub. Onu deputatların 59-u dəstəkləyib. 42 deputat isə Paşinyanın əleyhinə səs verib.
"Ermənistan Respublikasına xidmət edirəm" — deyə qələbə nitqini söləyən Paşinyan bildirib.
Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib ki, ölkədə inqilabın qalib gəlməsi "Dağlıq Qarabağ"ın önündə yeni imkanlar açır: "Bizim hərəkatımız Qarabağa təhlükə deyil, hətta onun önündə yeni imkanlar açır".
Ermənistan müxalifətinin lideri, həmçinin əlavə edib ki, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmağa hazırdır: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmağa hazıram".
O, bu məqamda daha da irəli gedərək separatçı və qondarma rejimin üçüncü tərəf kimi danışıqlara cəlb olunmasına nail olacağını bildirib.
"Ermənistan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalacaq və Yerevan bu strukturlarda üzvlüyün Respublika üçün maksimum səmərə gətirməsi üçün səylərini göstərəcək. Rusiya ilə strateji tərəfdaşlığın inkişafı Ermənistan üçün prioritetlərdən biridir" — Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, Rusiya ilə hərbi əməkdaşlıq Ermənistanın təhlükəsizliyinin təmin olunmasında əsas faktor kimi nəzərdən keçirilir. Paşinyan, həmçinin Avropa İttifaqı (Aİ) və Avropa strukturları ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb: "Əminəm ki, ötən ilin noyabrında Ermənistan ilə Aİ arasında bağlanan hərtərəfli və genişlənmiş əməkdaşlıq haqda Saziş Yerevanın maraqlarına cavab verir. Yeni hökumət Aİ-ilə viza rejiminin ləğv üçün əlindən gələn hər şeyi edəcək".



"İlham Əliyevlə danışıqlara hazıram" - Paşinyan
Bu gün Putin Paşinyanı qəbul edəcək
Paşinyan böyük milli fəlakətdir - Akopyan
Bakı düşünür ki, münaqişə bitib - Paşinyan
Paşinyan Qarabağın Azərbaycana aid olduğunu ETİRAF ETDİ
"Ermənistan güzəştə getməyə hazırdır" - Paşinyan
Nikol Qarabağ danışıqlarının üstündən yenə xətt çəkdi
Ermənistanın niyyəti nədir?
Yeni nazir Qarabağa səfər edəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 