Bu gün Kataloniyanın yeni seçilmiş rəhbəri Kim (Joakim) Torra muxtar hökumətin başçısı vəzifəsinin rəsmən icrasına başlayıb.
ONN meida "Reuters" agentliyinə istinadən xəbər verir ki, vəzifəyə keçmə mərasimindəki nitqində Torra bildirib ki, parlamentin təmsil etdiyi Kataloniya xalqına sədaqətlə xidmət edəcək. Lakin çıxışında o, nə İspaniya kralı, nə də ölkə konstitusiyasının adını hallandırmayıb.
İspaniya mərkəzi hökumətinin nümayəndələri isə Torranın vəzifəyə başlama mərasimində iştirak etməyiblər. Kataloniya parlamentindəki səsvermənin yalnız ikinci turunda və özü də cəmi 1 səs çoxluğu ilə (66 deputat lehinə, 65-si əleyhinə) qalib gələrək 55 yaşlı Kim Torranın Kataloniya hökumətinin rəhbəri seçilməsini rəsmi Madrid elə də xoş qarşılamayıb.
Belə ki, seçkiqabağı kampaniyasında Torra Kataloniyanın müstəqilliyinin tərəfdarı olduğunu və hətta Madridlə dialoq nəticəsində olsa belə, Kataloniya Respublikasının yaradılmasına nail olmağı planlaşdırdığını deyib. Parlamentdəki səsvermədə isə o, yalnız Kataloniya respublikası xeyrinə işləyəcəyini deyib və sabiq hökumət rəhbəri Karlos Puçdemonu avtonom regionun leqitim lideri adlandırıb. İspaniyanın baş naziri Mariya Raxoy isə bildirib ki, Torra da Puçdemonun yolu ilə gedərsə, konstitusiyanın 155-ci maddəsini yenidən işə salaraq, Kataloniyanın idarəçiliyini birbaşa mərkəzi hökumətin nəzarətinə verəcək.
Qeyd edək ki, Kim Torranın rəhbər seçilməsilə 7 aydan sonra Kataloniya yenidən öz hökuməti ilə idarə olunacaq. "Kataloniya naminə Birlikdə” partiyasının üzvü olan Torranın namizədliyini Kataloniyanın İspaniyadan qaçmış sabiq lideri Karlos Puçdemon şəxsən özü irəli sürmüşdü.
Puçdemon 2017-ci ilin oktyabrın 1-də ölkə konstitusiyasına zidd olaraq Kataloniyada müstəqillik referendumu keçirməsi və ardınca avtonomiyanın müstəqilliyini elan etdiyinə görə İspaniya baş naziri Mariano Raxoy tərəfindən vəzifəsindən kənarlaşdırıb və o, ölkədən qaçaraq Belçikaya gedib. Hazırda isə Almaniyadan siyasi sığınacaq alaraq Berlində yaşayır



Kataloniya böhranı İspaniyaya nə qədər ziyan vurdu? - Açıqlama
Kataloniyada müstəqillik tərəfdarlarının qələbə sevinci
Puçdemonun həbs müddəti uzadılıb
"Barselona" futbolçularına QƏRİBƏ QADAĞA
Neft zavodunda GÜCLÜ PARTLAYIŞ
İspaniyadan Bakı ilə bağlı ŞOK QƏRAR- Ermənilərlə həmrəyik
Bomba təhlükəsinə görə iki dəmir yol xətti bağlanıb
"Barselona" super kuboku qazandı
"Barselona" "Atletiko Madrid"i məğlub etdi
Barselonanın yeni PLANI
El-klassikonun tarixi dəyişdirildi
Daha bir ölkədə aksiya keçirilir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 