Almaniya məhkəməsi sabiq Kataloniya hökumətinin başçısı Karles Puçdemonun həbs müddətini uzadıb.
ONN media xəbər verir ki, bu barədə Almaniyanın Noymünster şəhər məhkəməsi qərar çıxarıb.
Bundan sonra məhkəmə sabiq Kataloniya rəhbərinin İspaniyaya ekstradisiya olunması məsələsinə baxacaq.
Qeyd edək ki, Finlandiyadan Belçikaya gələn K. Puçdemon ötən gün Almaniyanın Danimarka ilə sərhədində Almaniya polisi tərəfindən saxlanılıb.
27 oktyabr 2017-ci ildə Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. Buna cavab olaraq İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsini tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub. Həmin il noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. Belçikaya qaçmış K.Puçdemon və daha 4 nəfər noyabrın 4-də Brüsseldə polisə təslim olub. Məhkəmə onları şərti azadlığa buraxıb. Onlara Belçikanı tərk etmək qadağan edilib.
Keçən il dekabrın 5-də İspaniya Ali Məhkəməsi Kataloniyanın keçmiş rəhbəri K. Puçdemonun həbsinə dair beynəlxalq orderi ləğv edib. Bu il martın 23-də isə İspaniya Ali Məhkəməsinin hakimi Pablo Lyaren K. Puçdemonun həbsi üçün order verib.



Kataloniya müstəqil olacaq?
Kataloniya böhranı İspaniyaya nə qədər ziyan vurdu? - Açıqlama
Almaniyada saxlanılan Puçdemon azadlığa buraxılıb
Almaniya məhkəməsi Puçdemonu İspaniyaya təhvil verməyi qərara alıb
İcra başçılarının həbs müddəti uzadıldı
Karles Puçdemon Almaniyada həbs edildi
Kataloniyada etirazlar: 200 nəfər saxlanıldı
Daha bir ölkədə aksiya keçirilir
Kataloniyada müstəqillik tərəfdarlarının qələbə sevinci
Koçaryanla bağlı SON MƏLUMAT
İspaniyadan Bakı ilə bağlı ŞOK QƏRAR- Ermənilərlə həmrəyik
Neft zavodunda GÜCLÜ PARTLAYIŞ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 