Tbilisi metrosunun maşinistləri kütləvi tətillə müşayiət olunan etiraz aksiyalarını dayandırıblar.
ONN media xəbər verir ki, bu barədə aksiyaların təşkilatçısı, "Ertoba 2013” metrosu maşinistlərinin həmkarlar ittifaqının sədri Rati Kapanadze məlumat verib
Onun sözlərinə görə, dünən axşam saatlarında Tbilisi şəhər meriyasının nümayəndələri ilə aparılan danışıqlarda razılıq əldə olunub və bu gün saat 14:00-da şəhər metrosu yenidən fəaliyyətini bərpa edəcək.
Qeyd edək ki, Tbilisi metropolitenində təqribən 240 maşinist işləyir və onların hamısı maaşlarının saatda 7 laridən 10 lariyə qaldırlmasını tələb ediblər. Metro işçilərinin tətil keçirməsinə qəzəblənən Tbilisi şəhər meri Kaxa Kaladze bildirmişdi ki, onlar kifayət qədər yüksək maaş alırlar. Lakin sonradan Kaladze söz verib ki, 2019-cu ildən maaşları artırılacaq. Lakin bu, əmək haqqlarının indidən artırılmasını istəyən etirazçıları qane etməyib. Bu səbəbdən maşinistlər tətil elan edərək, metronun fəaliyyətini dayandırıblar.
Nəticədə şəhərdə sərnişinlərin çoxluğundan yerüstü nəqliyyat böhranı yaşanıb və xəttə əlavə avtobuslar çıxarılıb. Hətta avtobuslar sərnişinlərə pulsuz xidmət göstərməyə başlayıblar. Lakin bu da böhranı aradan qaldırmayıb.
Məlumat üçün bildirək ki, Tbilisi metrosu gündəlik 200 min sərnişinə xidmət edir.



Metronun fəaliyyəti dayana bilər
Tbilisi meri Bakıya səfər edəcək
İzmirdə nəqliyyat iflic oldu: tətil gedir
Şəhərin meri itini icra hakimiyyətinin iclasına gətirib
Bakı və Tbilisi şəhərləri qardaşlaşdı
Bakı metrosu bu saata kimi işləyəcək
Parisdə tətillər səbəbindən bir çox metro xətləri işləmir
Bakı-Tbilisi-Qars ilə bu tarixdən sərnişin daşınacaq
Tbilisinin bazarında güclü yanğın
Bakı metrosu bu günlərdə də BAĞLI QALACAQ
İşçilər etiraz aksiyasına hazırlaşır - “Space” Tv-də NƏ BAŞ VERİR?
Baş nazir Tbilisi şəhərinin meri ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 