"Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşınmasını reallaşdırmaq ilə bağlı bütün işlər bu ilin avqustunda yekunlaşacaq". ONN media xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov İTV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars istiqamətində sərnişin daşımalarının həyata keçirilməsi üçün dəmiryolu xətti hazırdır, həmçinin qatarlar da gətirilib: "Vaqon gətiriləndən sonra sınağı keçirilməlidir. Sınaqlar keçiriləndə insanların təhlükəsizliyinin tam təmin edilməsinə əmin olacağıq. Bizim hesablamalarımıza görə bu, avqust ayına reallaşacaq. İnfrastruktur demək olar ki, hazırdır". C. Qurbanov biletin qiyməti ilə bağlı da məlumat verib: “Türkiyə tərəfindən qiymətlər açıqlanmışdı. Lakin həmin qiymətlər nə Azərbaycan tərəfinin, nə də Gürcüstan tərəfinin qərarı deyil. Bakı- Tbilisi-Qarsda biletin qiymətini insanların yaşayış tərzinə uyğun olacaq”. Xatırladaq ki, Türkiyə mətbuatında yayılmışdı ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması bu ilin avqust ayından başlanacaq. Belə ki, həftədə bir səfər nəzərdə tutulub. Qiymətlər vaqonların klasından asılı olaraq adambaşına 97- 220 manat arasında olacağı güman edilirdi. Həmçinin qeyd olunurdu ki, sözügedən qatar vasitəsilə Ankaraya getmək də mümkün olacaq. \report
Bakı-Tbilisi-Qars ilə bu tarixdən sərnişin daşınacaq



Sərnişin daşımaları niyə gecikir? - Səbəb AÇIQLANDI
Cavid Qurbanov: "Biz Naxçıvandan yüklərin Qars üzərindən daşınmasını planlaşdırırıq"
Azərbaycan BTQ ilə sərnişin daşınmasına tam hazırdır
Bakı-Tbilisi-Qars dəmiryolunda sərnişin daşınması nəvaxt olacaq?
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı vaxt açıqlanıb
Bakıya 10 vaqonluq müasir qatar gətirildi
BTQ ilə 21 minə yaxın konteyner daşınıb
Bakı və Tbilisi arasında qatar reyslərinin bərpası müzakirə olunur
İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub
BTQ xətti ilə yük daşımaları artırılacaq
Kvirikaşvili: “BTQ regional inkişafı gücləndirəcək”
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi bağlanıb - SƏBƏB
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 