Qırğızıstanda siyasətçilər və dövlət məmurlarına qarşı korrupsiya istintaqını aparan Milli Təhlükəsizlik Dövlət Komitəsinin prokuroru, sabiq baş nazir Sapar İsakovun tutulması üçün məhkəmə müraciət edib.
ONN media xarici KİV-ə istinadən xəbər verir ki, prokurorun tələbini yerinə yetirən Bişkek Pervomay Rayon Məhkəməsi İsakovun tutularaq iki ay müddətində Milli Təhlükəsizlik Komitəsinin həbsxanasında saxlanılmasına qərar verib. Təhlükəsizlik qüvvələrinin iştirakı ilə məhkəmə zalından çıxan İsakov, jurnalistlərə açıqlamasında məhkəmənin qərarını ədalətsizlik adlandırıb.
Qeyd edək ki, Sapar İsakov eks prezident Almazbek Atambayevin hakimiyyəti dövründə, prezidentin xarici əlaqələr bölməsinin rəhbəri olan zaman Bişkek Mərkəzi İstlik Qurumunun yenilənmə layihəsini xarici şirkətin üzərinə götürə bilməsi üçün siyasi nüfuzundan istifadə etməkdə günahlandırılır. Bu ilin yanvarında Bişkek Mərkəzi İstlik Qurumu tərəfindən səbəbi hələ də müəyyən edilməyən qəza nəticəsində paytaxdakı mənzillər, xəstəxanalar, məktəblər və uşaq bağçaları 5 gün müddətində su və istilik xidmətindən istifadə edə bilməyib.
Hadisə nəticəsində araşdırmaya başlayan Milli Təhlükəsizlik Dövlət Komitəsinin təşəbbüsü ilə başlayan korrupsiya istintaqı çərçivəsində təşkilatın rəhbərləri və yüksək vəzifəli şəxsləri, habelə Enerji Holdinqin sabiq prezidenti Aybek Kaliyev və keçmiş bələdiyyə sədri Kubançbek Kulmatov tutulub.
Qeyd edək ki, Qurumun yenidən çalışması üçün işlər Çin hökuməti tərəfindən verilən 386 milyon dollarlıq kreditlə yeni Çin şirkəti tərəfindən tamamlanmışdı.



Keçmiş baş nazir həbs edilib
Məhkəmə eks prezidentin həbsini qanuni saydı
Qırğızıstan prezidenti təcili paytaxta döndü
Məşhur qırğız avtoritet öldürüldü
Həbsdə olan azərbaycanlı nazir vəfat etdi
Trampla bağlı vacib qərar verildi
Apellyasiya Məhkəməsi Koçaryana qarşı qərar çıxardı
Atambayevin evində ikinci əməliyyat - SON DƏQİQƏ
Atambayevə daha bir ŞOK
Qırğızıstan Qazaxıstana nota verdi
Rövşən Əkbərovun general rütbəsinin alınmamasının səbəbi açıqlandı
Ramil Usubov Təhlükəsizlik Şurasının katibi postunda kimi əvəz etdi?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 