Katz ABŞ prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi sanksiyaların təsirli olacağını iddia edib
ONN media xəbər verir ki, İsrailin milli kəşfiyyat naziri Yisrael Katz İrana qarşı Ərəb və Qərb dövlətlərindən ibarət hərbi ittifaqın yaradılacağını iddia edib.
İsrailli nazir İrana qarşı hərbi təhdidlərini davam etdirib: "Əgər İran ABŞ-ın istəklərini yerinə yetirməsə, İsrail Qərb və Ərəb ölkələrindən ibarət hərbi ittifaq qurmaq üçün təşəbbüs göstərəcək".
Katz ABŞ prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi sanksiyaların təsirli olacağını iddia edib.
Xatırladaq ki, ötən həftə İsrailin müdafiə naziri Aviqdor Liberman gözlənilmədən Rusiyaya səfərə edib və rusiyalı həmkarları ilə görüş keçirib. Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenziya İran qüvvələrinin Suriyadan çıxarılmasına dair Rusiya ilə İsrailin razılaşması məsələsinə münasibət bildirib. Vasili Nebenziya məsələ ilə bağlı razılığa gəlindiyini söyləyib: "Anladığım qədər razılığa gəlinib. Razılaşmanın tətbiq edilib-edilməyəcəyi ilə bağlı bir söz deyə bilmərəm, amma tərəflər razılaşmadan məmnundurlar. Hazırda tətbiq edilməsə belə, gələcəkdə ediləcək".
Qeyd edək ki, Suriya lideri Bəşər Əsəd Rusiyanın "RT" nəşrinə müsahibəsində İsrailin bəyanatlarına baxmayaraq, ölkəsində İran hərbçilərinin olmadığını vurğulayıb: "Bizim ərazimizdə İran hərbçiləri yoxdur və heç olmayıb da. Onları axı gizlətmək olmaz. Biz heç bunu gizlətməzdik də".
Bəşər Əsəd vurğulayıb ki, ölkədə İran ordusunun zabitləri var və onlar Suriya ordusuna kömək edir: "İsrailin Suriyada iranlılar barədə yalanını ən çox bu fakt açıqlayır. Bir neçə həftə əvvəl İsrail Hərbi Hava Qüvvələri bizim ərazimizə aviazərbələr endirdi. İddia olunurdu ki, hədəflər İranın hərbi baza və düşərgələridir. Lakin xəsarət alan və ölənlər arasında onlarla suriyalı oldu. Onların arasında bir nəfər də olsun iranlı yox idi. Yəni bütün bu iddialar yalandır".



Ağ evdə gizli toplantı
Tehran ABŞ-a MEYDAN OXUDU: Peşman olacaqsınız!
Hücum etsə, İsraili darmadağın edəcəyik - İRAN
İsraildən bu ölkəyə MÜHARİBƏ XƏBƏRDARLIĞI
Trampın İran qərarı Türkiyəni vurdu
Almaniyada İrana qarşı SANKSİYA TƏLƏB EDİLDİ
İrana növbəti zərbə - Tramp İMZALADI
Trampa YAŞIL İŞIQ: İranla müharibəyə əngəl qalmadı
İrandan ŞOK İDDİA- Qırıcılarını vurduq
Tarixdə BİR İLK: BƏƏ İsraillə diplomatik əlaqələri BƏRPA ETDİ
İsrailin İrana hücumunun Rusiyaya təsiri
Netanyahu Avropaya çağrış etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 