Avropa İttifaqının (Aİ) 28 üzv dövləti iyunun 28-29-da Brüsseldə keçiriləcək görüşdə Şimali Makedoniya Respublikasının İttifaqa daxil olmasına dair danışıqlara başlamaq barədə siyasi qərar qəbul edəcək.
ONN media xəbər verir ki, bu barədə "RİA Novosti”yə Brüsseldəki diplomatik mənbə xəbər verib.
Bildirilir ki, Şimali Makedoniya Respublikasının Avropa İttifaqına qoşulmasına hazırlıq məqsədilə siyasi danışıqlara start veriləcək.
Xatırladaq ki, Avropa İttifaqı Albaniya, Makedoniya, Serbiya və Monteneqroya quruma üzv olmaları üçün namizədlik statusu verib. 2016-cı ilin fevralında isə Aİ-ə qoşulmaq üçün Bosniya və Hersoqovina rəsmi müraciət göndərib. Aİ-nın 28 üzv dövlətindən 23-nün tanıdığı Kosova da İttifaqa daxil olmaq istəyini bildirib.
Qeyd edək ki, Makedoniyanın baş naziri Zoran Zaev ölkənin adı ətrafında yaranan 25 illik mübahisəni həll etdiklərini açıqlayıb. Bildirib ki, Yunanıstanın baş naziri Aleksis Tsiprasla əldə olunan razılığa əsasən, keçmiş Yuqoslaviya ölkəsi olan Makedoniya bundan sonra Şimali Makedoniya Respublikası adlandırılacaq. Hər iki ölkənin hökuməti bu barədə müqavilə imzalayandan sonra, parlamentləri sənədi təsdiqləməlidir. Lakin Makedoniyanın adının dəyişdirilməsini payızda keçiriləcək referendumda ölkə vətəndaşları da təsdiqləməlidirlər. Yalnız bundan sonra konstitusiyaya dəyişiklik edilərək ölkənin adı Şimali Makedoniya Respublikası kimi qeyd olunacaq.
Yunanıstanın ikinci ən böyük əhali və əraziyə malik əyalətinin adı da Makedoniyadır. Afina iddia edir ki, qonşu Makedoniya dövləti Yunanıstanın bu ərazisinin də daxil olduğu "Böyük Makedoniya" qurmaq niyyətindədir. Bu səbəbdən də, şimal qonşusundan ölkənin adını dəyişməyi tələb edir.



Makedoniyanın adı rəsmən dəyişdi
Bu ölkə NATO-ya üzv qəbul edildi
İlham Əliyev Şimali Makedoniyanın yeni Prezidentinə məktub göndərdi
Bu ölkənin adı dəyişəcək - Parlament təsdiqlədi
İtaliya bəzi ölkələrə qadağa qoydu - siyahıda Azərbaycan da var
Ölkənin adı dəyişdirilir?
Bu ölkələr də "Eurovision"dan imtina etdi
"Şimali Makedoniya" Makedoniyanı qarışdırdı
Prezident Şimali Makedoniyanın dövlət başçısına məktub göndərdi
Əbülfəs Qarayev Edmond Ademi ilə görüşdü
AVRO-2020: Ukrayna millisi ilk qələbəsini qazandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 