Makedoniyada ölkənin adının dəyişdirilməsi haqqında məşvərət referendumunda səsvermə başlayıb.
ONN media-nın ölkənin Dövlət Seçki Komissiyasına (DSK) istinadən verdiyi məlumata əsasən, referendumda 1 806 336 nəfər səs verə biləcək. Referendum 07:00-dan 19:00-dək davam edəcək.
Səs verənlər "Makedoniya Respublikası və Yunanıstan Respublikası arasında sazışı qəbul etməklə Aİ və NATO-ya daxil olmanı dəstəkləyirsiz?" sualına cavab verəcəklər.
Referendum məşvərət xarakteri daşıyır. Lakin Makedoniyanın qanunvericiliyinə əsasən, referendumun uğurlu keçməsi üçün ona seçicilərin yarısından çoxunun - 903 min vətəndaşın səs verməsi tələb olunur.
Yunanıstan hakimiyyəti iyunun 17-də Makedoniya Respublikası ilə saziş imzalayıb. Saziş artıq 25 ildən çox sürən keçmiş Yuqoslav ölkəsinin adı ətrafında problemin həllini nəzərdə tutur. Yunanıstan ölkənin cənubunda yerləşən Makedoniya vilayəti ilə qarışıqlığın olmaması üçün, keçmiş Yuqoslav ölkəsinin adının dəyişdirilməsini tələb edib. Ehtimal olunur ki, ölkənin adı Şimali Makedoniya Respublikası olacaq.
Qeyd edək ki, ölkələr arasında saziş Skopye üçün NATO və Avropa İttifaqına yol açır.



Bu ölkənin adı dəyişəcək - Parlament təsdiqlədi
"Şimali Makedoniya" Makedoniyanı qarışdırdı
Bu ölkələr Makedoniya barədə qərar verəcək
Makedoniyanın adı rəsmən dəyişdi
Alban dili Makedoniyanın ikinci dövlət dili oldu
Fevral ayında qeyri iş günü olacaq?
Yunanıstan və Türkiyə generalları... - KRİTİK GÖRÜŞ
Meşə yanğını Yunanıstanı cənginə aldı
Puerto-Riko ABŞ-ın ştatı ola bilər?
Yunanıstan Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 