ONN İnformasiya Agentliyi

Ərdoğandan Putinə S-500 təklifi

Ərdoğandan Putinə S-500 təklifi
14-06-2018, 12:12


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə etdiyi təklifindən danışıb. Türkiyəli lider Rusiya ilə S-500 zenit-raket kompleksini birgə istehsal etmək istəyir. 

ONN media xəbər verir ki, bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb. 

“Rusiya bizə S-400-lər üçün çox uyğun şərtlər altında kredit verdi. İkinci və üçüncü mərhələdə biz birgə istehsala başlayacağıq. Ola bilsin ki, birlikdə S-500 kompleksləri də istehsal edək”, - Ərdoğan deyib. 

Liderlər arasında danışıqların nə vaxt baş tutduğu və Putinin hansı reaksiya verdiyi açıqlanmır. 

Ötən ilin sentyabrında Moskva və Ankara Türkiyəyə S-400 komplekslərinin satışı ilə bağlı saziş imzalayıblar.

Razılaşmanın ümumi dəyəri 2,5 milyard dollardır. Bunun yarısını Türkiyə Rusiyanın verdiyi kredit hesabına ödəyəcək. 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png