Türkiyə müdafiə naziri Hulusi Akar Vaşinqtonun “Patriot” zenit-raket komplekslərinin alınması ilə bağlı rəsmi Ankaraya “daha pozitiv” təklif irəli sürdüyünü açıqlayıb. ONN media xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb. Onun sözlərinə görə, ABŞ-ın yeni təklifində Türkiyənin əvvəldən gözlədiyi mövqe yer alır.
Akar əlavə edib ki, rəsmi Ankara “Patriot” sistemlərini almaqdan savayı, həm də ölkə daxilində zenit-raket komplekslərini istehsal etmək niyətindədir. Xatırladaq ki, fevral ayında Türkiyə prezidenti Tayyib Ərdoğan ABŞ-ın “Patriot” sistemlərinin alınması ilə bağlı Ankaranın iki əsas şərtini (kreditin ayrılması və zenit-raket komplekslərinin birgə istehsalı) yerinə yetirə bilməyəcəyini bildirmişdi. Ancaq aprel ayında Türkiyə müdafiə naziri, “Patriot”la bağlı ABŞ-dan yeni təklifin daxil olduğunu açıqlamışdı. Türkiyə XİN isə Ankaranın ABŞ-la danışıqları davam etdirdiyini bəyan etmişdi. 2017-ci ildə Türkiyəyə Rusiyanın “S-400” zenit-raket komplekslərinin tədarükü ilə bağlı müqavilə Ankara və Vaşinqton arasında diplomatik müstəvidə “soyuq yellərin əsməsinə” səbəb olub. ABŞ hökuməti NATO müttəfiqində Rusiya komplekslərindən imtina etməsini tələb edir.Vaşinqtondan Türkiyəyə pozitiv təklif



ABŞ Türkiyəni hədələdi
SON DƏQİQƏ: Türkiyə hərəkətə keçdi - ABŞ-a SORĞU GÖNDƏRİLDİ
ABŞ ən güclü silahlarından Türkiyəyə satacaq?- ŞOK AÇIQLAMA
Türkiyə S-400-dən imtina edə bilərmi? - Ərdoğan
Türk mənbədən S-400-lərlə bağlı YENİ XƏBƏR - Bu tarixlərdə...
S-400-lər Türkiyəyə gətirildi
Nazir: Türkiyə ABŞ-ın təzyiqinə əhəmiyyət verməyəcək
Türkiyə S-400-lərin ikinci partiyasını alır – Akar
Vaşinqtondan Türkiyə ilə bağlı SENSASİON ETİRAF: Bütün cəhdlərə baxmayaraq...
ABŞ-dan Türkiyəyə SENSASİON S-400 TƏKLİFİ: əgər Ankara bu raketləri…
Türkiyənin bu qərarı ABŞ-ı QƏZƏBLƏNDİRƏCƏK
Çavuşoğlu: Türkiyə S-400 sistemlərini artıq alıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 