TANAP-a Gürcüstanın rəhbərlik səviyyəsində qatılmaması çox problemli məsələdir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, bunu heç bir siyasi məntiqlə izah etmək mümkün deyil:
“Əgər bu, Gürcüstandakı siyasi böhranla əlaqəli idisə, onda orada doğrudan da çox ciddi, dərin bir böhran hökm sürməli idi ki, bu cür tarixi bir mərasimə Gürcüstan qatılmasın. Amma böhranın nə qədər dərin olmasından asılı olmayaraq, Gürcüstanın XİN rəhbəri, yaxud da Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bu tədbirdə iştirak edə bilərdi. Hökumətdaxili böhran Marqvelaşviliyə aid olan məsələ deyil. Çünki prezident baş nazirin komandasından uzaq olan bir şəxsdir. O, bu tədbirə qatıla bilərdi”.
Politoloq vurğulayıb ki, əslində Gürcüstanın TANAP-a rəhbərlik səviyyəsində qatılmamasının əsas səbəbi Gürcüstan daxili deyil, xarici siyasəti ilə bağlı problemləridir. Ölkədəki daxili böhranın Gürcüstanın siyasətinə təsir etdiyini bildirən ekspert hələlik Tiflisin hansı siyasi kursu davam etdirəcəyini müəyyən edə bilmədiyini deyib:
“Yəni hazırda hakimiyyətdə olan komanda ümumiyyətlə, istiqaməti itiriblər. Bunlar bilmirlər ki, xarici siyasətdə hansı dəst-xətti tutsunlar. Bu layihədə Gürcüstan vacib rol oynayırdı. Gürcüstandan Azərbaycan qazı Avropaya nəql olunur. Belə bir mərasimə qatılmamağı izah etmək çətindir”.
Politoloq qeyd edib ki, hazırda Gürcüstanı real idarə edən bir nəfər var: Bidzina İvanişvili hakim partiyanın sədridir və bütövlükdə ölkəni idarə edir. Aydındır ki, hakim partiya hakimiyyətdə təmsil olunur, parlamentin əksəriyyətini təşkil edir, Nazirlər Kabinetini formalaşdırır. Hakim partiyadan bilavasitə baş nazir seçilir və baş nazir hökuməti idarə edir. Amma burda reallıqda vəziyyət elədir ki, baş nazir əsas fiqur deyil. Ölkəni də, hökuməti də idarə edən Bidzina İvanişvilidir. Düşünürəm ki, o, baş naziri hakimiyyətdən uzaqlaşdıra bilirsə, ona qadirdirsə, deməli, TANAP-ın açılışında yüksək səviyyədə təmsilçiliyi də təmin edə bilərdi. Görünür, o, bunu etmək istəməyib”.
Qeyd edək ki, ötən gün TANAP-ın açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bolqarıstan Baş naziri Boyko Borisov, Ukrayna Prezidenti Pyotr Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, BP rəhbəri Robert Dadli qatılıb. Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mərasimə dəvət edilsə də, gəlməyib. Gürcüstan mərasimdə səfir İrakli Koplatadze ilə təmsil olunub.



Türkiyədən Gürcüstan ordusuna DƏSTƏK
Şarl Mişel: "Gürcüstanda siyasi böhran sona çatır"
Heydər Əliyev Mərkəzi Gürcüstan bayrağı ilə işıqlandırıldı
Tiflisdə vəziyyət niyə qarışıqdır?
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk dördlükdə
“Gürcüstan NATO-ya üzv olmağa layiqdir”
Azərbaycan kimi, sizi də dəstəkləyirik - Çavuşoğlu
Gürcüstan fövqəladə rejim tətbiq edir
Bu ölkə Azərbaycana polis attaşesi təyin etdi
Gürcüstanın yeni baş naziri kimdir?
Azərbaycan "NATO-Gürcüstan 2019 təlimləri"ndə iştirak edəcək
Sarkisyan Gürcüstana səfər edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 