Bu gün Norveç və İsveçin paytaxtlarında Nobel mükafatının təqdimetmə mərasimləri keçirilib.
ONNmedia-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlər həmişəki kimi 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım günündə baş tutub.
Məhz A. Nobelin vəsiyyətinə uyğun olaraq hər il Nobel Sülh Mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel Sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur. 2017-cı il Nobel Sülh Mükafatı Oslo Şəhər Ratuşasında “Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya” (İCAN) təşkilatına təqdim olunub. Norveçin Kralı V Haraldın iştirakı ilə keçirilən təntənəli mərasimdə Kral ailəsi, ölkənin Baş naziri, hökumətin və Ali Məhkəmənin üzvləri də iştirak ediblər.
Tədbirdə çıxış edən Norveç Nobel Komitəsinin təmsilçisi Berit Reiss-Andersen, tarixə nəzər salaraq, nüvə silahının insanlığa yaratdığı təhlükə barəsində danışıb. O xatırladıb ki, Nüvə silahının yayılmaması haqqında müqavilənin (NSYM) olmasına baxmayaraq, bu növ silahdan istifadə təhlükəsi hələ də mövcuddur. Berit Reiss-Andersen deyib ki, “İCAN” bu mükafata nüvə silahının qadağan olunması ilə bağlı həyata keçirdiyi addımlarına görə layiq görülüb.
“Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya”nın İcraçı direktoru Beatrice Fihn Norveç Nobel Komitəsinə təşkilatın işini tanıdığına və dəstək olduğuna görə minnətdarlığını bildirib. Nüvə silahlarının bu gün insanlığa böyük təhlükə yaratdığını vurğulayan Beatrice Fihn deyib ki, “nüvə silahları ilə bağlı “hekayə” bir gün sona çatacaq və bu sonun nə olacağı insanlardan asılıdır”. O, bir daha dünya ölkələrinə səslənərək nüvə silahından istifadənin tam qadağan olunmasına çağırıb.
Sonda 1945-ci ildə Xirosima şəhərində nüvə bombardmanını yaşamış “İCAN” təşkilatının fəalı Setsuko Thurlov çıxış edərək, öz həyatından və nüvə silahının faciəvi nəticələrindən söz açıb.



Nobelin təqdimat mərasimi ləğv edildi
Nobel mükafatları bu tarixlərdə veriləcək
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi bəlli oldu
Şeyx Nobel mükafatına namizəd oldu
Azərbaycandan “Nobel”ə təqdim olunanlar açıqlandı – SİYAHIDA ONUN da adı var..
Tibb üzrə Nobel mükafatçıları bəlli oldu
Ədəbiyyat üzrə Nobel mükafatı ONA VERİLDİ
Donald Tramp Nobel sülh mükafatına namizəd ola bilər
"Nobel" üçün Azərbaycandan olan müraciətlərin sayı açıqlandı
Nobel Mükafatına layiq olmayan elm adamları
Fizika üzrə Nobel laureatı öldü
Əli Əsədov Məhəmməd Yunusla görüşüb
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 