Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi paradda Ali Baş Komandan İlham Əliyevin çıxışı, nümayış etdirilən silahlar və eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyyətin nizam-intizamını görən ermənilər sözün əsl mənasında həyacanlarını gizlədə bilmirlər.
Bu yaxınlarda erməni mətbuatında "Tiqran Mets" xüsusi hərbi-təlim mərkəzinin direktoru və qurucusu ermənistan ordusunun polkovniki Koryun Qumaşyanın verdiyi açıqlamanı ONN media nəzərinizə çatdırır.
Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatı əslində ciddi çağırışdır. Ermənistan ictimaiyyəti və beynəlxalq ictimaiyyət isə bu çağırışlara susurlar. İyunun 26-da Bakıda hərbi paradda müxtəlif ölkələr iştirak edərək, "Azərbaycan ordusunu seyr ediblər". İlham Əliyev düz onların qarşısında bu bəyanatla çıxış edib. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi münasibəti ilə hərbi parad zamanı Prezident İlham Əliyev bir daha bəyan edib ki, Qarabağda müharibə bitməyib, yalnız onun birinci mərhələsi başa çatmışdır. Eyni zamanda Əliyev vurğulayıb ki, Azərbaycan ordusu Naxçıvan istiqamətindədə uğurlar əldə edərək mövqeləri irəliyə çəkiblər. Qümaşyanın sözlərinə görə Türkiyənin bu hərbi paradda iştirakı, müharibə olacağı təqdirdə Türkiyə ordusunun Azərbaycan ordusu ilə birgə müharibədə iştirak edəcəyinin sübutudur.
Qumaşyan qeyd edib ki, "müharibə qaçılmazdır, böyükdən kiçiyə bu müharibəyə hazır olmalıyıq və anlamalıyıq ki, bu müharibə 2016 cı ilin aprel hadisələrinin təkrarı olmayacaq. Erməni tərəfi dərhal ildırım sürəti ilə özünün hərbi qüvvələrini modernləşdirməlidir - yeniləməlidir. O, Azərbaycanın Dağlıq Qarabağla Ermənistanı birləşdirən yolları, Арени və Варденис yollarını potensial hədəf kimi seçməsinə xüsusi diqqət çəkərək deyib ki, Azərbaycan geniş miqyaslı müharibəyə hazırlaşır.
Erməni polkovnikin “Azərbaycan Naxçıvan istiqamətində əldə etdiyi yüksəkliklərə erməni hərbçilərinin bu istiqamətdə ağır texnika çıxara bilməyəcəyi fikirləri ilə razılaşmadığını xüsusi vurğulayıb. Fikrinə aydınlıq gətirərək qeyd edib ki, Azərbaycan tərəfinə o yüksəkliklər əsasən vizual nəzarət və dəqiq komanda vermək üçün çox strateji mövqelərdir və əraziyə tam nəzarət üçün həl edici mövqelərdir”.
O, eyni zamanda Ermənistan Müdafiə Nazirliyini ələ salaraq sözün əsl mənasında nazirlik öz adını tam "doğruldur" ifadəsi işlədib. Belə ki, nazirlik ancaq müdafiə olunur qeyd edib. Və bir daha xəbərdarlıq edərək deyib ki, mən Bakıda keçirilən hərbi paradı diqqətlə izlədim. Orda Azərbaycan Silahlı Qüvvələrinin ən müasir silahlarla təchiz olunması onu göstərir ki, bu müharibə genişmiqyaslı olacaq. Eyni zamanda erməni polkovnik parad zamanı Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyyətinin hərbi hazırlığını yüksək qiymətləndirərək Şimalı Koreyə hərbçiləri kimi nizamlı olmasına diqqətləri yönəldib. Sonda Qumaşyan tədirginliyini gizlədə bilməyərək bildirib ki, Azərbaycan tərəfi ya bu ilin payızı yada gələn ilin yaz aylarında geniş miqyaslı müharibəyə başlayacaq. Biz isə buna hazır deyilik və vaxtımızda yoxdur. Biz ildırım sürəti ilə öz silahlı qüvvələrimizi yeniləməliyik.
Xatırladaq ki, Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak edib. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.