ABŞ dövlət katibi Mayk Pompeonun Pxenyana səfəri zamanı Şimali Koreya lideri Kim Çen In ilə görüşməməsinin səbəbi açıqlanıb.
ONN media xəbər verir ki, buna səbəb həmin ərəfədə Şimali Koreya liderinin ölkənin şimalında yerləşən kartof tarlalarını ziyarət etməsi olub.
Bu barədə Şimali Koreya mətbuatı məlumat verib. Sözügedən mətbuat adətən, ölkə liderlərinin gördüyü işləri və getdiyi səfərləri manşetdə və ya ilk səhifədə verməklə tanınır. Ancaq Kim Çenin ABŞ-ın dövlət katibinin Şimali Koreyaya səfəri zamanı daxil olmaqla, 7 gündür manşetlərdən uzaq qalması ortaya suallar çıxarıb. Sualların cavabı isə ölkənin rəsmi xəbər agnetliyi KCNA-dan gəlib. Agentlik Kim Çenin Samjiyon əyalətində kartof tarlalarını təftiş etməyə getdiyi üçün Pompeo ilə görüşmədiyinə dair 3 xəbər dərc edib.
Xəbərə görə, Kim Çen kartof yetişdirən fermerlərə yüksək keyfiyyətli və məhsuldar kartof növlərinin yetişdirilməsi, ləzzətli növlərə üstünlük verilməsi, kartofdan hazırlanan hazır qidaların istehsalı zamanı keyfiyyətə diqqət yetirilməsi kimi məsləhətlər verib.
Qeyd edək ki, Mayk Pompeo ötən ay ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında əldə edilən nüvə silahlarından imtina etmə razılaşmasının detallarını müzakirə etmək üçün Pxenyana səfər etmişdi. O, Kimin sağ qolu olan general Kim Çen-Çol ilə görüşmüşdü.



Kim Çen komadan ayılmayacaq
Kim Çen İndən 24 gündür xəbər yoxdur
Şimali Koreya ballistik raket atdı
Mayk Pompeo: “Kim Çen İn verdiyi sözə əməl etsin”
Koreya yarımadası tarixində İLK
Şimali Koreya-ABŞ görüşü bu tarixdə baş tutacaq
Şoyqu Şimali Koreyaya gedir
ABŞ və Şimali Koreya arasındakı TARİXİ GÖRÜŞ...
Dünya təşvişdə- Şimali Koreya...
Kim Çen komaya düşüb: Ölkəyə o rəhbərlik edir...
Koreyada tarixi dəvət: "Sülh gözlənilir"
Şimali Koreya: "ABŞ bizdən qorxsun"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 