İraqın cənubundakı 3 əyalətdə bir həftədir ki, davam edən etiraz aksiyaları nəticəsində 8 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb. Xəsarət alanların 128-i təhlükəsizilik xidmətinin əməkdaşlarıdır.
ONN media OLAYLAR-a istinadla xəbər verir ki, bu barədə İraq Səhiyyə Nazirliyinin sözçüsü Saif əl-Badər məlumat verib.
İraqın cənub əyalətlərində elektrik enerjisi və su çatışmazlığı problemlərinin həllini və işlə təmin olunmalarını tələb edən minlərlə sakin hökumət əleyhinə aksiyaları davam etdirib. Etirazları yatırmaq üçün polis odlu silah və gözyaşardıcı qazdan istifadə edib. İraq hökuməti Bəsrə, Kərbəla, Ən-Nəcəf və Maysan əyalətlərində komendant saatı tətbiq edib, güc strukturları tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Ölkənin cənubunu bürüyən kütləvi etirazlar fonunda İraq hökumətinin kommunal problemləri həll etmək yolunda İranla apardığı danışıqlar nəticəsiz qalıb.
"İraq nümayəndə heyətinin elektrik enerjisinin bərpasına dair İranla apardığı danışıqlar uğursuzluqla nəticələnib", - deyə İraqın energetika naziri Qasem əl-Fəhdavi Tehranda keçirilən görüşün yekunu barədə məlumat verərkən bildirib. Qeyd edib ki, İraqın cənub əyalətlərini elektrik enerjisi ilə təchiz etmək üçün hazırda alternativ variantlar axtarılır.
Xatırladaq ki, 13 iyulda İranın enerji naziri Rza Ərdəkaniyan ölkədəki mövcud su və elektrik probleminin aradan qaldırılması üçün Pakistan, Əfqanıstan və iraq kimi qonşu ölkələrə su və elektrik ixracını dayandırdıqlarını bəyan edib. Nəticədə həmin ölkələrdə kommunal təchizatla bağlı ciddi problemlər yaranıb.



Komendant saatı elan edildi - SƏBƏB?
İraqda GƏRGİNLİK - 6 ölü
İraqda vəziyyət pisləşir- Nə baş verir?
İraqda etirazlar 400 can aldı
16 ölkədən İraqa etiraz
Minlərlə insan sudan zəhərlənib
İran-İraq sərhədi bağlandı
İraqda etiraz aksiyaları - 4 nəfər həlak oldu
İraq İrana nümayəndə heyəti göndərdi- Nə baş verir?
İrandan şok açıqlama- Bu ölkələr plan hazırlayırlar
Kürdlərə aid kütləvi məzarlıq tapıldı
Baş nazir istefa verməyə hazırlaşır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 