Rusiya prezidenti Vladimir Putin iyulun 16-da Helsinkidə amerikalı həmkarı Donald Trampla görüşündə Ukraynanın Donbas bölgəsində referendum keçirməyi təklif edib.
ONN media xəbər verir ki, bu haqda “Blomberg” agentliyi mənbələrə istinadən bildirib.
Agentliyin yazdığına görə, Kremldə hesab edirlər ki, “respublikalar”ın sakinləri öz ərazilərinin statusu haqqında fikrini bildirmək imkanı əldə etməlidirlər. Qeyd edilir ki, Rusiya və ABŞ-ın liderləri bu planı hələ açıq səsləndirməmək barədə razılaşıblar. Məqsəd təklifi daha ətraflı öyrənməkdir.
“RİA-Novosti” agentliyi isə qeyd edir ki, söhbət referendumun beynəlxalq təşkilatların himayəsi altında keçirilməsindən gedir.
Xatırladaq ki, ötən gün Putin Rusiya səfirləri və daimi nümayəndələrlə keçirdiyi müşavirədə Ukraynanın cənub-şərqində vəziyyətin kəskinləşmənin ciddi riskləri haqqında danışıb. Rusiya liderinin sözlərinə görə, səbəb Ukrayna hakimiyyətinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etməsidir.
Qeyd edək ki, Ukraynada 2014-cü ilin əvvəlində hakimiyyət dəyişikliyindən sonra – aprel ayında Rusiyanın dəstəklədiyi separatçı qüvvələrlə Ukrayna Silahlı qüvvələri arasında döyüşlər başlayıb. Nəticədə, Luqansk və Donetsk vilayətlərinin bir hissəsi Kiyevin nəzarətindən çıxıb. Kiyev və Qərb Rusiya qoşunlarının Donbasda, Ukrayna ərazilərinin faktiki Rusiyanın işğalı altında olduğunu bildirir. Moskva isə münaqişə tərəfi olmadığını, problemin Kiyevlə separatçı qurumlar arasında həll edilməli olduğunu bildirir.



Putinin təklifi RƏDD EDİLDİ
Rusiya prezidenti Vyetnamdadır
Putin və Zelenski görüşəcək?
Putin Parisdə Trampla söhbətindən danışdı
Putin: “Ruslar və ukraynalılar bir xalqdır”
Zelenski ilə görüşə hazıram – Putin
Putin separatçı liderlərlə müzakirələrə başladı
Putin Trampa bu ölkədə görüşməyi təklif etdi
Bayden və Putin Makronun təklifini qəbul etdi
Putin: “Bunun nəticələri haqqında düşünmək lazımdır”
Putin və Tramp yenidən görüşəcək
Makron Putin və Trampla Qarabağı müzakirə edəcək
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 