Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının statusu haqqında razılaşmada hansı maddələrə yenidən baxılacağını demək çətindir, amma Rusiya KİV-lərinin təşvişə düşdüyü aydındır.
ONN media xəbər verir ki, bu sözlər erməni jurnalist Naira Ayrumyanın artıq hökumətyönlü sayt olan "Lragir.am"da dərc olunan məqaləsində yer alıb.
"Rusiya KİV-lərinin təşvişi müdafiə nazirinin bəyanatından sonra başlamayıb. Ermənistan-Rusiya münasibətlərinin əsasına baxmaq mövzusu inqilabdan dərhal sonra başlayıb və Rusiya KİV-ləri bu məsələdə düşdükləri təşvişi gizlədə bilməyiblər. Onlar əvvəlcə inqilabı Qərbin məhsulu adlandıraraq, yeni erməni məmurlarının qərbyönlü olması barədə məlumatlar dərc etdilər. Bundan sonra isə Nikol Paşinyan iki dəfə Rusiyada oldu və Putinlə görüşdü. Paşinyan Putini əmin etdi ki, Ermənistan xarici siyasət kursunu dəyişmək niyyətindədir və bundan sonra Rusiya KİV-ləri gözləmə mövqeyinə keçdi. Lakin Ermənistanın özünün suveren tələblərini irəli sürmək üçün həyata keçirdiyi istənilən cəhd dərhal ona qarşı növbəti dalğanı başladır. Panik kəndindəki insident də burada istisna deyil. Paşinyan bu insidenti Ermənistanın suverenliyi və Rusiya-Ermənistan dostluq münasibətlərinə qarşı provokasiya adlandırdı. O, "suverenlik" sözünü hədər yerə işlətmədi. Belə ki, hazırkı Ermənistan-Rusiya münasibətləri ölkənin suverenliyi üçün təhdid ərəfəsindədir. İrəvanda və Moskvada anlayırlar ki, əgər gərginlik dayanmasa, ya İrəvan öz dövlətçiliyi ilə vidalaşacaq, ya da Rusiya Qafqazdakı yeganə müttəfiqini itirəcək.
Ermənistan-Rusiya münasibətlərində zəifləməyə ehtiyac var. Bu zəifləmə təkcə müdafiədə yox, həm də energetika və iqtisadiyyat sferalarında nəzərdən keçirilməlidir. İki ölkənin münasibətləri suverenliyə qarşılıqlı hörmət əsasında qurulmalıdır. Ermənistan hökuməti məhz bunu etmək istəyir", - deyə o bildirib.



Paşinyanın Rusiyaya səfəri başladı
Rusiya Paşinyanın təklifini cavabsız qoydu
Rusiyadan SENSASİON QARABAĞ İDDİASI
Paşinyan içib, Putini təhqir etdi
Paşinyan sərhəd məsələsini rus generalla MÜZAKİRƏ ETDİ
RAZILAŞMA İMZALANIR: Ermənistan BU TARİXDƏ Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq
Ermənistanın dayağı Rusiyadır - Paşinyan
Putinlə Paşinyan Moskvada görüşdü
Paşinyan Putinlə görüşəcək
Paşinyan indi də onlara yalvarmağa başladı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 