Prezident Vladimir Putinin Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün İrəvana qısamüddətli səfəri ərəfəsində Rusiyadan Nikol Paşinyana yeni hücumlar dalğası başlayıb. Çoxsaylı Rusiya nəşrləri Paşinyanın barəsində tənqidi materiallar dərc edirlər. Məsələn, “Nezavisimaya qazeta” erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc etdiyi baş məqalədə Paşinyanın “məxməri inqilab” adlanan siyasi fırıldaq yolu ilə hakimiyyətə gəldiyi bildirilir. Məqalədə deyilir ki, bu inqilabdan il yarım sonra Ermənistan demokratik ölkəyə çevrilmədi, əksinə, qərb QHT-lərinin dediyi ilə oturub-duran avtoritar dövlət oldu. Və Ermənistan Birləşmiş Ştatların geosiyasi maraqlarının orbitində yer aldı. Müəlliflər qeyd edirlər ki, əslində eks-prezident Serj Sərkisyan məqsədyönlü şəkildə 2010-2017-ci illərdə Ermənistanı qərb QHT-ləri, fondları, təriqətləri ilə doldurdu, o Ermənistanı tamamilə ABŞ-ın protektoratına verdi. “Məqsəd isə aydındır-erməni dövlətçiliyini ənənəvi xristian dəyərlərini devalvasiyaya məruz qoymaqla zəiflətmək, xalqın çoxəsrlik ailə və mənəvi dəyərlərini dağıtmaq”, – məqalədə deyilir. Daha sonra Ermənistanın indiki hökumətinin tərkibində yer alan qərbyönümlülər haqda danışılır. Bildirilir ki, “inqilabi hökumət” Rusiyadakı erməni diasporunun nümayəndələrini hakimiyyət strukturlarına inteqrasiya etmək niyyətində deyil. Paşinyanın diaspor naziri Zare Sinanyan isə ABŞ vətəndaşıdır, uzun müddət bu ölkədə şəhər meri olub və Mərkəzi Kəşfiyyat İdarəsi ilə təmasları var. Məqalədə Paşinyanın “Qarabağı satmaq” planları haqda da danışılır. Baxmayaraq ki, Paşinyan Qarabağ məsələsində bir-birinin ardınca avantürist bəyanatlar verib, “miatsum” şüarını gündəmə gətirib və ərazilərin qaytarılmasını istisna edən açıqlamalarla çıxış edib. “Onun vəzifələrindən biri Dağlıq Qarabağda öz adamı Mais Mailyanı (qondarma “dqr”in “xarici işlər naziri”) hakimiyyətə gətirmək və beş rayonu Azərbaycana təhvil verməkdir. Bu, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun planıdır. 2019-cu ilin yayında Vaşinqtonda görüş zamanı Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan 5 rayonunun əvəzində 5 milyard dollar almağa razılıq verib”, – məqalədə iddia edilir. Müəlliflər bildirirlər ki, ABŞ-ın Ermənistandakı əsas hədəflərindən biri də 102-ci Rusiya hərbi bazasıdır. Və ABŞ bununla bağlı məkrli plan hazırlayıb, həmin plana əsasən Ermənistan-Azərbaycan münaqişəsi yenidən alovlanmalıdır. “Döyüş əməliyyatları başlasa və Rusiya KTMT üzvü kimi müdaxilə etsə Ermənistan rəhbərliyi iddia edə bilər ki, Rusiyanın hərbi iştirakı arzuolunan deyil”,-məqalədə deyilir. Qəzet əlavə edir ki, əgər Rusiya ABŞ-ın təşkil etdiyi münaqişəyə qarışsa amerikalılar yeni qaynar nöqtədən istifadə edəcəklər və bütün mümkün olanı edəcəklər ki, Rusiya ciddi şəkildə bu müharibəyə uzun müddətli cəlb olunsun. “Ona görə də maksimum tədbirlər görmək lazımdır ki, Amerika şantajı işləməsin və Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar başlamasın”, – məqalədə deyilir.
Rusiyadan SENSASİON QARABAĞ İDDİASI



“Paşinyandan sonrakı Ermənistan başçısı…” – Qərbin SENSASİON PLANI
Paşinyan BU TARİXDƏ BAKIYA GƏLMƏLİ İMİŞ VƏ... - Ermənistandan SENSASİON ETİRAFLAR
Paşinyanın Putinlə görüşü: Yeni hərbi bazalar yaradılır?
Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da... - Politoloq
Paşinyanın saytında Kremlə qarşı kampaniya
Putin Paşinyana şans verdi- 5 gün sonra nələr olacaq?
Paşinyanın təyyarəsi xarab oldu
Putin Paşinyanın zənglərinə cavab vermir
Ermənistan dövlətçilik simasını itirə bilər - Rusiyalı politoloq
"İrəvan Moskvadan imtina etsə..."- Duqin
Sensasion iddia- Paşinyan Bakıya gəlməyə hazırlaşır
Zelenski ABŞ-ın təklifini RƏDD ETDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 