ABŞ Konqresi S-400 müdafiə sistemlərinin alınması ilə bağlı hesabat təqdim olunana qədər Türkiyəyə F-35 qırıcıları da daxil olmaqla, bir çox müdafiə sənayesi məhsulunun göndərilməsi və bütün silah sistemlərinin satışını müvəqqəti olaraq dayandırmaq qərarı qəbul edib.
ONN media xəbər verir ki, bu barədə ABŞ-ın 2019-cu il üçün hazırlanan Müdafiə Büdcəsi qanunu layihəsində nəzərdə tutulub.
Layihənin qanuni qüvvəyə minməsindən sonra 90 gün ərzində ABŞ Müdafiə Nazirliyi Türkiyə-ABŞ münasibətlərinin vəziyyəti ilə bağlı hesabatı Konqresə təqdim etməlidir. Bu hesabatda ABŞ Müdafiə Nazirliyinin Türkiyənin Rusiyadan S-400 sistemlərini almasının hərbi münasibətlərə təsiri və Ankaranın F-35 yeni nəsil döyüş təyyarəsi proqramından çıxarılmasının ABŞ sənayesi üçün yaradacağı təsirləri qiymətləndirməsi gözlənilir.
Yekun nəticədə Türkiyəyə F-35 təslimatının tamamilə dayandırılmasını nəzərdə tutan qanun layihəsinin qüvvəyə minməsi üçün həm ABŞ Nümayəndələr Palatası, həm də Senatın razılığı olmalı, daha sonra isə Tramp təsdiqləməlidir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın sözügedən qanun layihəsinin əleyhinə olduğu bildirilir.



Türkiyəyə daha bir zərbə
SON DƏQİQƏ: ABŞ-dan Türkiyəyə qarşı ŞOK QƏRAR
Əli Əsədov bu nazirliklə bağlı QƏRAR İMZALDI
Britaniya Türkiyəyə sanksiyanı ləğv etdi
Trampdan TÜRKİYƏ QƏRARI
Britaniya Türkiyəyə qoyduğu bu qadağanı LƏĞV ETDİ
Bu hadisə Türkiyə üçün qürur mənbəyidir- Ərdoğan
Türkiyəyə pis xəbər- Qadağa qəbul edildi
Vaşinqtondan Türkiyəyə pozitiv təklif
Bu, Azərbaycanla əlaqələrimizin yeni mərhələsidir
ABŞ-dan Türkiyəyə qarşı fərqli təhdit
Müdafiə Sənayesi Nazirliyi sınaqlar keçirib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 