"Amerika prezidenti və vitse-prezidenti indi də Türkiyəni və şəxsən Rəcəb Tayyip Ərdoğanı təhdid edirlər, keçmiş müttəfiqini sanksiyalarla hədələyirlər. Vaşinqtona görə PKK və Gülən şəbəkəsi ilə əlaqəsi olan rahib Endryü Branson Türkiyə həbsxanasından ev həbsinə deyil, birbaşa azadlığa buraxılmalıydı".
ONN media xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ankara bəlkə də Bransonu bir az ev həbsində saxladıqdan sonra tamamilə sərbəst buraxardı, ancaq Vaşinqton məsələni qəlizləşdirdi: "Ərdoğan prezident Donald Trampın və vitse-prezident Mayk Pensin hədəsindən sonra rahibi sərbəst buraxsa zəif duruma düşəcək. Xarizmatik Ərdoğan buna getməz. Əslində Ankara rahibi uzun müddət həbsdə saxlamaqla onu Pensilvaniyada yaşayan Fətullah Gülənlə dəyişmək istəyirdi. Alınmadı. Türkiyə Güləni istədikdə Amerikanın cavabı belə oldu: "məhkəmənin qərarına tabeyik". İndi Amerika rahibi istədikdə Türkiyə də eyni sözü deyir: "məhkəmənin qərarına tabeyik". Ancaq Amerika Türkiyə üçün məhkəmə hüququnu tanımır və tələb edir: "Rahibi buraxmalısan!". Vaşinqton zor dilinə keçib, diplomatiyadan əsər-əlamət qalmayıb.
Hər halda Ankara bir yolla rahibi evinə göndərmək istəyərkən Vaşinqton işi korladı, bəlkə də qəsdən Ankara ilə münasibətlərin gərginləşməsinə getdilər. Çünki bir gün əvvəl Ərdoğan demişdi ki, Amerika istəyir deyə İrana qarşı sanksiyalara qoşulmayacaq, qonşu dövlətlə siyasi və iqtisadi təmaslarına davam edəcək. Üstəgəl bu gün Cənubi Afrika Respublikasında (bu ölkədə BRİKS ölkələrinin zirvə toplantısı keçirilir) rusiyalı həmkarı Vladimir Putinlə görüşən Ərdoğan böyük ehtimalla Amerikanı nəzərdə tutaraq belə bir ifadə işlətdi: "Bizim münasibətləri pozmaq istəyənlər var". Amerika bugünkü siyasəti ilə bilərəkdən və ya bilməyərəkdən Türkiyəni daha çox Rusiyaya yaxınlaşdırır. Dərd (oxu: sanksiyalar) iki ölkəni bir-birinə yaxınlaşdırır".



Trampdan Ərdoğan barədə gözlənilməz AÇIQLAMA
Türkiyə bu ordunu vuracaq- Son xəbərdarlıq
Türkiyədən sərt İSMARIC
Ərdoğan Rusiyaya getd
Trampdan AÇIQLAMA: Ərdoğanla razılaşdıq
NATO Türkiyə ilə güclüdür- Ərdoğan
İlham Əliyev və Ərdoğan Şuşada
Ərdoğan Trampla telefonla danışıb
Trampın Venesuela qərarı Ərdoğanı şoka saldı
Ərdoğan ABŞ-a səfərlə bağlı qərarını açıqladı
ABŞ Türkiyəni təhdid etdi
Türkiyə və ABŞ-la bağlı gündəmi dəyişdirəcək ADDIM
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 