Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın Venesuela parlamentinin spikeri Xuan Quaidonu dövlət başçısı kimi tanımasına münasibət bildirib.
ONN media xəbər verir ki, bu barədə Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında bildirib:
“Mən 40 ildir siyasətdəyəm. Həmişə də seçimlərə hörmətlə yanaşmışam. Əgər xalqın seçiminə hörmət yoxdursa, bu demokratiya deyil, diktaturadır. Maduro prezident olaraq seçilib. Bu səbəbdən demokratiyaya inanan biri kimi Trampın qərarı məni şoka saldı. Mən Maduroya zəng etdim: “Bərk dur: demokratiya uğrunda mübarizə aparanlar və seçimlərə hörmət edənlər birlikdə olmalıdırlar”,-deyə söylədim”.
Ərdoğan Maduronun problemlərin öhdəsindən gələcəyinə ümid etdiyini vurğulayıb.
“15 iyulda (2016-cı ildə-red) bizdə dövlət çevrilişinə cəhd edilən zaman Maduro dərhal zəng elədi, hərçənd biz tanış deyildik. Beləliklə biz tanış olduq. Ancaq Avropa Birliyindən heç kim əlaqə saxlamadı. Biz bunu unutmadıq. Bu səbəbdən kimi demokrat olduğunu kimin isə olmadığını bilirik”,-deyə Türkiyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.
Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.(ölkə.az)
Trampın Venesuela qərarı Ərdoğanı şoka saldı



Ərdoğan Trampla görüşəcək
Maduro-Putin anlaşması: ABŞ narahatdır
Çavuşoğlu Maduro ilə görüşdü
Bolton Türkiyə və Rusiyanı hədələdi
Maduro: "Trampın uğursuz siyasəti..."
Ərdoğan Trampla telefonla danışıb
Ərdoğannda Trampın S-400-lərlə bağlı təklifinə CAVAB
Ərdoğan növbəti hərbi qiyamdan danışdı
Rusiya və Türkiyə bizi xilas edəcək - Prezident
Tramp Türkiyəyə səfər edəcək?
Ərdoğan İlham Əliyevə zəng etdi
"Trampın Qüds qərarının həyata keçirilməsinin asan olmayacağını göstərəcəyik" -Ərdoğan
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 