İtaliyanın çimərlikləri ilə məşhur olan Sardiniya adasından bir şüşə qum götürən ingiltərəli turistə pul cəzası kəsilib.
ONN media xəbər verir ki, adanın “zümrüd sahillər” adlanan şimal-şərq bölgəsində istirahət edən turist əməlinə görə 1000 avro cərimə ödəyib.
Ağ və incə qumlu sahilləri ilə İtaliyanın ən gözəl çimərlikləri siyahısına başçılıq edən Sardiniya adası bu təbii xəzinəsini qorumaq üçün 2017-ci ildə qanun layihəsi qəbul edib. Qanuna əsasən, çimərliklərdən qum, balıqqulağı, daş kimi maddələrin götürülməsi qadağandır. Götürənlər isə “qum oğrusu” kimi damğalanır və 500-3000 avro cərimə ödəyir.
Sardiniyadakı hava limanlarında tez-tez turistlərin çantaları “qum oğurluğu”na görə yoxlanılır. Yalnız ötən il Alqero şəhərinin hava limanında çantalardan toplamda 200 kq qum tapılıb. 2015-ci statistikasına görə isə, Kaqliari hava limanında ələ keçirilən qumun miqdarı 5 ton olub.



Təyyarədən atılan 9 milyonluq kokain səhv evə düşdü, pilot həbs olundu
Məşhur futbol klubuna qeyri adi cərimə yazıldı
Məşhur müğənni hava limanında GÖRÜN NƏ ETDİ... - VİDEO
33 aviareys ləğv edildi - SƏBƏB
Qasırğaya görə 17 min sərnişin aeroportda qaldı
İtaliyanın ən böyük aviaşirkəti bağlandı
Plastik qablardan istifadə edənlər bu məbləğə qədər cərimə olunacaq
Moskvada reyslər təxirə salındı - SƏBƏB?
Bu hotellər 5 min manatadək cərimələnəcək
Bu şəxslər 5 min manat cərimə oluna bilər
Kabil Hava Limanında ölənlərin sayı 40-a çatdı
Azərbaycanda bu şəxslər 50 min manat cərimə ediləcək
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 