İtaliyanın Sardiniya adasındakı bir evin damına 8,5 kiloqram kokain olan çanta düşüb. Məlum olub ki, 9 milyon avro dəyərində olan kokain yanlış ünvana atılıb.
Narkotik vasitəsini yanlış hədəfə atmaqda şübhəli bilinən təyyarə pilotu artıq həbs olunub.
İtaliya mətbuatının yazdığına görə hadisə bu ilin mart ayında baş verib. Bundan sonra başladılan istintaqda təhlükəsizlik qüvvələri bölgədən keçən təyyarələrin qeydlərini araşdırıb. Aylarla davam edən araşdırmalardan və şahid ifadələrindən sonra ötən gün 28 yaşlı pilot Francesco Rizzo həbs edilib. Gənc pilotun narkotikləri əvvəlcədən təyin olunmuş bir nöqtədə alıcılara çatdırmağa çalışarkən təyyarədən dərmanları səhv yerə atdığı təxmin edilir.
Rizzonun 28 martda Romadan bir “Cessna” təyyarəsi ilə Sardiniyaya getdiyi və 20 dəqiqə radardan itərək adanın üzərindən çox aşağı uçduğu müəyyən edilib. Pilotun aşağı uçub çantanı alıcılara çatdırması lazım olan nöqtəni tapmağa çalışdığı, lakin hədəfini qaçırdığı bildirilir.
İtaliyanın Sardiniya adasında ilk dəfə belə bir narkotik tədarükü aşkar edilir. Lakin təhlükəsizlik qüvvələri oxşar tədarükün əvvəllər də təyyarə ilə həyata keçirilə biləcəyindən şübhələnirlər. (musavat.com)



6 milyard dollarlıq kokain ƏLƏ KEÇDİ - Kosovada BÖYÜK ƏMƏLİYYAT
Tibbi maskaların arasından elə birşey çıxdı ki...
Rusiya təyyarəsi faciədən son anda xilas oldu
Təyyarədə dəhşət - 10 min metr yüksəklikdə pilot pəncərəsi partladı
Bakı aeroportunda əməliyyat- Saxlanılanlar var
Prezidentin təyyarəsindən kokain tapıldı
SON DƏQİQƏ: döyüş təyyarəsi qəzaya uğradı - İki pilot...
Pilot Rəşad Atakişiyev niyə katapult etməyib? – Mümkün EHTİMALLAR
Türkiyədə zəlzələyə görə 340 nəfər saxlanılıb
Hərbi təyyarə qəzaya uğradı - Ölənlər var
Mərhum pilotun bacısı dünyasını dəyişdi
Təyyarə tırla toqquşdu - 1 nəfər...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 