Ermənistanın rəsmi statistikasına görə, birbaşa xarici investisiyaların illik həcmi hazırda ölkənin ümumdaxili gəlirinin sadəcə 1 %-ini təşkil edir.
ONN media xəbər verir ki, bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə ərəb şeyxləri və övladlarının İrəvana gəlməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bundan öncə də Ermənistana digər ölkələrin nümayəndə heyətləri, o cümlədən biznes dairələrinin nümayəndələri gəlib, müəyyən danışıqlar aparmışdı:
"Amma iş orasındadır ki, sonradan onlar real vəziyyəti öyrənərək, yaxud biznes, iqtisadiyyat nöqteyi-nəzərindən təhlillər apararaq bu danışıqları yarımçıq saxlayıb. Hətta yerli bazar haqda məlumatlar əldə edəndən sonra bir çox belə nəzəri layihələr reallaşdırılmamış qalıb. Çünki Ermənistandakı real vəziyyət buna imkan vermir".
Politoloq qeyd edib ki, hətta keçən illər buna görə Ermənistanda İqtisadiyyat Nazirliyinin adı da dəyişdirildi: "İqtisadiyyat və Ticarət Nazirliyinin rəsmi adı dəyişərək İqtisadiyyat və İnvestisiya Nazirliyi adlandırıldı. Burada əsas məqsəd ölkəyə xarici investisiyalar cəlb etməkdən ibarət idi. Amma ad dəyişməklə, xarici nümayəndə heyətlərinin bu ölkəyə səfərlərini təşkil etməklə xarici investisiyanın cəlb olunmasına nail olmaq mümkün deyil. Çünki bu iş üçün kifayət qədər ciddi addımlar atılmayıb".
Qeyd edək ki, ərəb şeyxləri və övladları İrəvana gəlib. İrəvana gələnlər arasında Birləşmiş Ərəb Əmirliyinin Əbu Dabi Əmirliyinin şahzadəsi Mənsur ibn Zeyd əl-Nahyanın da olduğu bildirilir. Görüşdə əsas məqsədin ərəb investisiyasının Ermənistana cəlb edilməsi olduğu qeyd edilib.



Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu başladı
Bakıda bu məşhur bazar bağlanır? - Rəsmi
Azərbaycan və Pakistan arasında yeni saziş imzalanacaq
"Sərkisyanın iki yolu var ya savaş, ya da həbs"- Politoloq
İran və Ermənistan arasında daha bir əməkdaşlıq
Bakıda Əfqanıstan məhsullarının sərgisi keçiriləcək
İrəvan və Kreml arasında nə baş verir?
Babası Osmanlıya, özü Bakıya xəyanət etdi... - Politoloq
İqtisadiyyat naziri Çinə səfər edəcək
Şuşada Türkiyə konsulluğu nə vaxt açılacaq?
İlham Əliyevdən Ermənistandakı vəziyyətə İLK REAKSİYA
İrandan Ermənistana daha bir XƏBƏRDARLIQ
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 