İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edəcək.
ONN media xəbər verir ki, ""Kəmər və Yol" layihəsinin təşviqində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rolu” mövzusunda Beynəlxalq Konfransda iştirak edəcək nümayəndə heyətimiz, konfransda Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətləri ilə bir araya gələcək. Səfər fevral ayının 5-dən 7-ə qədər davam edəcək.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın tranzit potensialına dair çıxış edərək, mövzu ətrafında digər ölkə rəhbərləri ilə müzakirələr aparacaq.
Ş.Mustafayev Çinin nəqliyyat naziri, kommersiya nazirinin müavini - Çinin Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi, Milli İnkişaf və İslahatlar Komitəsinin, İpək Yolu Fondunun və İpək Yolu Beynəlxalq Ticarət Palatasının rəhbərləri, Şansi əyalətinin qubernatoru ilə görüşəcək.
Səfər çərçivəsində Azərbaycandan gedən nümayəndə heyəti Pekində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışına qatılacaq. Bundan başqa, səfər zamanı Pekin və Sian şəhərlərində biznes forumlar təşkil olunacaq. Biznes forumlarda rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, İKT, turizm və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək. Bu tədbirlərdə həmçinin, “EXPO-2025” Sərgisinə Bakının namizədliyi ilə bağlı video təqdimat olacaq.
Səfərin son günü - fevralın 7-də isə Sian şəhərində İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycanın investisiya mühitinə dair təqdimat təşkil ediləcək.



Azərbaycan nümayəndə heyəti Çinə gedir
Azərbaycan nümayəndə heyəti Özbəkistana gedəcək
Milli Məclisin sədri Rusiyaya səfər edəcək
Şahin Mustafayev Qarsda səfərdədir
Azərbaycan, Türkiyə və Gürcüstan nazirləri görüşəcək
Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfər edəcək
Şuşa daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək
Türkiyənin yüksək səviyyəli nümayəndə heyəti Moskvaya səfər edəcək
Ceyhun Bayramovun Gürcüstana səfər proqramı açıqlandı
Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
Azərbaycanla qonşu ölkə arasında logistika mərkəzi yaradılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 