Ermənistan İranın ən vacib tərəfdaşlarından biridir və rəsmi İrəvan bu ölkə ətrafında gedən prosesləri diqqətlə izləyir.
ONN media xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan ABŞ-ın İrana qarşı yeni sanksiyaları ilə bağlı suala cavab verərkən deyib:
"Biz həm İran, həm də bütün tərəflərlə açıq dialoq aparmağı davam etdiririk. Lakin İranla münasibətlərin prizması hökumətin proqramında əksini tapır".
Anna Nağdalyan yaxın günlərdə Baş nazir Nikol Paşinyanın İrana səfər edəcəyi ilə bağlı yayılmış məlumatlara da aydınlıq gətirib. O, Paşinyanın proqramında İran səfərinin olmadığını bildirib və bir müddət əvvəl Ermənistan XİN və İranın İrəvandakı səfirliyinin bununla bağlı yaydığı məlumatı təkzib edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan XİN-dən Armenpress saytına Paşinyanın yaxın günlərdə Tehrana gedəcəyi ilə bağlı məlumat verilmişdi.
Əlavə edərək ki, ABŞ tərəfi sanksiyaların İranla əməkdaşlıq edən dövlətlərə də şamil ediləcəyini açıqlayıb.
Yaxın günlərdə İrana səfər etmək istəyi barədə məlumat yayılmış Nikol Paşinyan sentyabrda ABŞ Prezidenti Donald Trampla görüşmək niyyətindədir. ABŞ tərəfi əvvəl buna nəzəri olaraq razılıq versə də, Ermənistan baş nazirinin İran səfəri barədə məlumat yayıldıqdan sonra ABŞ-ın İrəvandakı səfiri Riçard Mills açıqlama verərək, Trampın Paşinyanla görüşmək istədiyini, amma buna vaxtının olmadığını bildirmişdi.



Paşinyan İrana gedir
Paşinyanın həyat yoldaşı İranda məscidə getdi
Paşinyan Türkiyəyə getməyəcək? – Ermənistan XİN AÇIQLADI
Paşinyanın ŞOK PLANI: Azərbaycan və Türkiyə ilə birlikdə...
Ərdoğan İrana səfər edəcək
Rusiya Paşinyanın təklifini cavabsız qoydu
Paşinyan İrana səfər edəcək
Tehran ABŞ-a MEYDAN OXUDU: Peşman olacaqsınız!
Nikolun BAŞI DƏRDƏ: Diplomatik pasportu oğurlandı
Zakir Həsənov İrana getdi
İrəvan ABŞ-a yalvarır- SƏBƏB?
SON DƏQİQƏ: Paşinyanın oğlu Qarabağda döyüşməkdən İMTİNA ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 