İngiltərənin Xarici İşlər naziri Ceremi Hant Avropa Birliyindən Rusiyaya qarşı sanksiyaların artırılmasını tələb edəcək.
ONN media xəbər verir ki, agentlik yeni nazirin bu həftə ABŞ-a ilk rəsmi səfərində belə bir tələblə çıxış edəcəyini yazıb.
Hantın Rusiyanın Qərbdəki seçkilərə müdaxiləsinin qarşısının alınması üçün çağırış edəcəyini bildirən agentlik, nazirin çıxış mətnindən bir hissəni paylaşıb:
"Əlbəttə, Moskva ilə əlaqə qurmalıyıq, amma cavabımızı da əsirgəməməliyik. Prezident Vladimir Putinin dövründə Rusiyanın xarici siyasəti dünya üçün təhlükəli bir hala çevrilib".