Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını mənasız adlandırıb.
ONN media xəbər verir ki, Rusiya lideri bu haqda Finlandiya prezidenti Sauli Niinistö ilə danışıqlardan sonra mətbuat konfransında bildirib.
Prezident ümid etdiyini bildirib ki, ABŞ belə siyasətin mənasız olduğunu anlayacaq və Moskva ilə normal rejimdə əməkdaşlığa keçəcək.
Qeyd edək ki, ötən gün Vaşinqton yüz milyonlarla dollar Rusiya aktivlərini bloklayıb. ABŞ həmçinin, iki rusiyalını və bir şirkəti kibersanksiyalar üzrə siyahıya salıb. Mandelker Senatda çıxışı zamanı bildirib ki, Moskva öz davranışını dəyişmədiyi müddətdə, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edəcək.
ABŞ Senatının xarici işlərüzrə komitəsində keçirilən dinləmələrdə çıxış edən dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Uess Mitçell də bildirib ki, Moskva öz xarici siyasət kursunu dəyişmədiyi müddətdə, Amerika hökuməti Rusiya barəsində birtərəfli sanksiyalar rejimini ardıcıllıqla kəskinləşdirmək niyyətindədir.
“Rusiyanın təcavüzü ilə əlaqədar görünməmiş cəza ölçüləri tətbiq edərək, biz çatdırırıq ki, Rusiya prezidenti Vladimir Putin etibara səbəb olan konstruktiv addımlar atmağa qərar verərsə, dialoq üçün qapı açıqdır. Biz iki ölkənin gücləri arasında toqquşmalardan qaçmaq üçün Suriyada deeskalasiya kanallarını yaratdıq. Rusiyanın Minsk razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirə bilməsi üçün Ukraynada Kurt Volkerlə səylərə təşəbbüs edirik”, - o deyib.
Onun sözlərinə görə, bütün bu məsələlərdə növbəti addımı ABŞ deyil, Rusiya atmalıdır.



ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb
Putin iqtisadi məsələlərlə bağlı iclas keçirəcək
ABŞ səfiri Kremlə çağırıldı - Rusiya cavab tədbirləri görəcək
Putin vəziyyətlə bağlı XƏBƏRDARLIQ ETDİ
Bu, Moskva üçün ciddi çağırışdır - Putin AÇIQLADI
Putin elan etdi: Bu halda müharibə başlayacaq!
SON DƏQİQƏ: Putin bu ölkələrlə bağlı kritik FƏRMAN İMZALADI
Putin: "Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsini..."
ABŞ-dan Rusiya ilə bağlı ŞOK sözlər
Moskva Putinlə Baydenin görüşünə hazırlaşır - XİN
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 