"Şimal axını-2” qaz kəməri layihəsi transatlantik münasibətlərin pisləşməsinin səbəbi ola bilər.
ONN media “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, belə bəyanatla Latviyanın Xarici İşlər Nazirliyinin başçısı Edqar Rinkeviç çıxış edib.
“Energetika yalnız Avropanın təhlükəsizliyi məsələsi deyil, həm də transatlantik münasibətlər məsələsidir. “Şimal axını- 2” transatlantik münasibətlərdə toqquşma nöqtələrindən biri ola bilər”, - nazirliyin mətbuat xidməti Rinkeviçin sözlərini sitat gətirib.
Amerika hakimiyyəti dəfələrlə vurğulayıb ki, “Şimal axını- 2” layihəsinə qarşı çıxırlar və layihənin reallaşdırılmasında iştirak edən şirkətləri sanksiyalar gözləyir. Helsinkidə danışıqlar zamanı ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə bildirib ki, ABŞ Avropaya mayeləşdirilmiş təbii qazın çatdırılması yolu ilə layihəyə rəqabət təşkil etmək niyyətindədir.
Rusiya hakimiyyəti iddia edir ki, qaz kəməri iqtisadi layihədir və qarşısına siyasi hədəfləri qoymur.
Qeyd edək ki, “Şimal axını-2” qaz kəməri layihəsi Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya iki xəttin tikintisini nəzərdə tutur. Kəmər Almaniyaya qədər Rusiya, Finlandiya, İsveç və Danimarkanın ərazisi və ya xüsusi iqtisadi zonalarından keçəcək. Hazırda qaz kəmərinin tikintisi üçün operatorun yalnız Danimarkadan icaz alması qalıb.



Rusiya qaz kranını bağladı- Bundan sonra nə baş verəcək?
Zelenskidən Polşaya TƏKLİF: Birgə müqavimət...
XİN: Rusiya sanksiyalardan qorxmur
“Shell” “Qazprom”la əməkdaşlıqdan imtina etdi və “Şimal axını 2”dən çəkiləcəyini bəyan etdi
Bakıdan bu rayonlara sərnişin axını daha çoxdur- Rəsmi
Şimal Axını-2-nin tikintisi başa çatdı
Baltik dənizi ilə bağlı XƏBƏRDARLIQ
Tramp: Bayden-Putin sammitindən Moskva uddu
Ərdoğanın Rusiyaya səfəri başladı
SON DƏQİQƏ: ABŞ-dan Türkiyəyə qarşı ŞOK QƏRAR
Putin: Rusiya və ABŞ arasında münasibətlərin normallaşması Vaşinqtondan asılıdır
Tramp SÖZ VERDİ: Putinlə bağlı qapılar arxasında…
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 