PKK və FETÖ terror təşkilatları ilə əməkdaşlıq etdiyi üçün Türkiyənin İzmir şəhərində ev həbsində saxlanılan amerikalı rahib Endryu Branson haqqında açılan istintaq işində yeni detallar ortaya qoyulub.
ONN media xəbər verir ki, rahibə yaxınlığı ilə diqqət çəkən Məhəmməd Əhməd adlı şəxsin Bransonun mənəvi oğlu olması üzə çıxıb.
Branson məhz “Mardini Dilbirin” ləqəbi ilə tanınan mənəvi oğlu vasitəsilə PKK və YPG terror təşkilatları ilə əlaqə yarada bilib.
Branson həbs edilmədən öncə Əhmədi Belçikaya göndərib. O da İzmir Xristian Kürdlər Kilsəsinin fəaliyyətlərini “Dəra Kurden Məsihi Belçika” adlı kilsədə rahib qismində davam etdirib. Bransonun rahib kimi işlədiyi Diriliş kilsəsinin Məhəmməd Əhmədin şəxsi sosial media hesabında “İzmir Xristian Kürdlər Kilsəsi” kimi təqdim edilməsi də diqqət çəkib.
Əhməd sosial media hesabında bu ifadələrə yer verib:
“İzmirin Alsancaq səmtində yerləşən Diriliş kilsəsinin rahibi (Endryu Branson) türkiyəli din adamı ilə (Fətullah Gülən) münasibət qurması bəhanəsi ilə bir müddət öncə dövlət tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, təxminən, 2,5 il xidmət edən kilsəmiz kürd əsilli olduğumuz üçün dövlətin təzyiqi ilə bağlanıb. İzmirdəki kürd xristian qardaşlarımızı qorxudan və kilsənin bağlanmasına səbəb olan bu hadisəni qınayırıq. Kürd xalqını və xristianları dualarınızda unutmayın”.
Hesabında PKK terror təşkilatının başçısı olmuş Abdullah Öcalanın da fotosunu paylaşan Məhəmməd Əhməd Türkiyə və Türkiyə Silahlı Qüvvələrinə qarşı ağır ittihamlar irəli sürüb.
Onun digər fotolarında isə PKK və Kürdistana aid bayraqların olması açıq-aşkar görünür.
Qeyd edək ki, Endryu Bransonun Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin təqaüddə olan agenti kimi Türkiyəyə casusluq məqsədilə göndərildiyi iddia edilir. O, dövlətin sirlərini casusluq məqsədilə istifadə etdiyinə və PKK, FETÖ terror təşkilatları ilə əməkdaşlıq etdiyinə görə 35 il həbs cəzasına məhkum edilib.



Amerikalı rahiblə bağlı yeni xəbər
ABŞ Türkiyəni təhdid etdi
Tramp: "Bu sadəcə utancvericidir"
Türkiyə məhkəməsi amerikalı rahib barəsində son qərarı verdi
Trampdan Branson açıqlaması
Türkiyə niyə Bransonu buraxdı? – Səbəblər
Türkiyə və ABŞ-la bağlı gündəmi dəyişdirəcək ADDIM
ABŞ Türkiyəni təhdid etdi- 60 gün içində...
ABŞ və Türkiyə arasında KRİTİK GÖRÜŞ
ABŞ ŞƏRTİNİ AÇIQLADI: Türkiyə ilə münasibətləri düzəltməyin tək yolu...
Türkiyə amerikalı rahib barəsində QƏRAR VERDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 