Rahib Branson məsələsinə bundan əvvəl Türkiyəyə qarşı başladılan və sistemli xarakter alan “Gəzi” hadisələri, 17-25 dekabr MİT böhranı, artan terror hadisələri, 15 İyun dövlət çevrilişinə cəhd, Suriyanin şimalında formalaşdırılmağa çalışılan PKK terror dövləti də daxil olmaqla, bir-biri ilə əlaqəli olan imperial layihələrin tərkib hissəsi kimi baxmaq lazımdır.
ONN media Axar.az-a istinadla xəbər verir ki, bu sözləri açıqlamasında Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu deyib. O bildirib ki, amerikalı missioner rahib Branson hadisəsinin əlbəttə, görünən tərəfiylə yanaşı, görünməyən tərəfləri də var:
“Türkiyəyə qarşı aparılan siyasətin əsas səbəbi Ankaranın son on ildə daxili və xarici siyasətdə həyata keçirməyə çalışdığı müstəqil siyasi kurs və geniş mədəniyyət coğrafiyalarında yaşayan qardaş xalqlarla birlikdə yeni dünya nizamında layiq olduğu güclü mövqeyi əldə etmə istəyidir. Türkiyəyə qarşı son illər filmlərə mövzu olacaq bir kəşfiyyat savaşı aparılır. Ankara bir-birinin ardınca bütün oyunları tərsinə çevirərək güclənir. Əvvəl-axır dünya Türkiyənin bu tarixi missiyası, gücü, apardığı müstəqil siyasətlə razılaşmaq məcburiyyətində qalacaq. ABŞ Türkiyə olmadan Avrasiya regionunda strateji bir təsir icra edə bilməz. Bu mənada Branson məsələsi təfərrüatdır”.
T.Nüsrətoğlu vurğulayıb ki, Türkiyənin bölgə ilə, dünya nizamı ilə bağlı daha ciddi planları, hədəfləri var:
“Missioner rahibə cəza verərək ölkəsinə göndərmək, seçkilər ərəfəsində Trampın, evangelistlərin əlini gücləndirmək doğru, rasional bir addım idi. ABŞ-ın daxili siyasətində şiddətli mübarizə gedir. Dünya bunu bilmir. Tramp üçün bu seçkilər həyati əhəmiyyət kəsb edir. Türkiyənin bu addımı istər-istəməz münasibətlərin xarakterinə, inkişafına müsbət təsir edəcək. Artıq həm Trampla, ABŞ-la münasibətlər yumşaldılır, həm də Fəratın şərqinə yönəlik gözlənilən antiterror əməliyyatında ABŞ-ın tərəfsiz olmasına çalışılır. Digər tərəfdən ABŞ Türkiyəyə qarşı Suriyanın şimalında bir PKK dövlətinin qurulmasının mümkün olmadığını da gördü. Qısacası, Ankarasız Avrasiyada təsirli bir siyasət həyata keçirmək mümkün deyil. Ona görə də Türkiyənin Fəratın şərqində terror təşkilatı olan PKK\YPG-yə qarşı gözlənilən əməliyyatına da ABŞ-ın səs çıxarmayacağı ehtimalı böyükdür. ABŞ-ın təyin etdiyi son Suriya təmsilçisi də Ankaraya yaxın olan diplomatdır. Bu mənada rahib Bransonun azadlığa çıxmasının Türkiyənin milli maraqları üçün müsbət nəticələrə gətirib çıxaracağını düşünürəm”.
Qeyd edək ki, rahib Branson ötən gün İzmir Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.



ABŞ Türkiyəyə qarşı hücuma hazırlaşır?
ABŞ Türkiyəni təhdid etdi
NATO Türkiyəyə qarşı vuruşacaq?
ABŞ-la müharibəyə səbəb olan rahibin PKK ilə bağlantısı var
Tramp niyə məyusdur?
Türkiyənin idxal rüsumunu artırdığı ABŞ məhsullarının SİYAHISI
Türkiyə məhkəməsi amerikalı rahib barəsində son qərarı verdi
Türkiyə və ABŞ-la bağlı gündəmi dəyişdirəcək ADDIM
Ərdoğan ABŞ-a səfər edəcək?
Türkiyəyə "Qardaş köməyi": Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq- FOTOLAR
Tramp: "Bu sadəcə utancvericidir"
İrəvan Türkiyəyə iddialarından əl çəkir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 