Luys Blokunun keçmiş rejimlə razılaşmaya gedib, onları hakimiyyətə qaytarmaq üçün mübarizə aparacağını düşünmək yanlışlıqdır.
ONN media Axar-a istinadla xəbər verir ki, bunu Respublika Partiyasının sədri Aram Sərkisyan İrəvada keçirdiyi mitinqdə deyib.
"Mən bilmirəm baş nazir niyə bizi nədəsə şübhəli bilir. Problem budur ki, cənab baş nazirin ittihamlarına cavab verməyəndə bunu razılıq əlaməti kimi anlayırlar, cavab verdikdə isə "niyə öz üzərinə götürürsən" deyirlər. Xalqa düşmənçilik yox, sevgi və səbir lazımdır. Bu seçkidə hansısa qüvvəyə qarşı mübarizəyə ehtiyac yoxdur. Biz hamımız keçmiş hökumətlə mübarizə aparırdıq və həmin rejim də indi seçkidə iştirak etmir".
Sərkisyan daha sonra birbaşa Paşinyana xitabən deyib:
"Baş nazir postunu kimə görə tutduğunuzu unutmayın. Sizi parlamentdə Çiçəklənən Ermənistan, hətta Daşnaksütyun da dəstəkləyib. Siz yalnız öz nöqteyi-nəzərinizi diqqətə alırsınız. Mənim sizə daha deyəcək sözüm yoxdur. Adını çəkdiyim qüvvələr sizin yanınızda idi və növbədənkənar seçkinin tərəfdarı olduğunu bildirirdilər. İndi bu insanlar bunun nəyə lazım olduğunu düşünürlər. Biz bu məsələni necə həll edəcəyik? Mən birmənalı şəkildə növbədənkənar seçkinin tərəfdarıyam".
Qeyd edək ki, Respublika Partiyası Yelk Blokunun tərkibində yer alır. Partiya Paşinyanın İrəvanda baş tutan inqilab zamanı tam dəstəkləyib. Paşinyanın baş nazir seçilməsindən partiya ilə onun arasında münasibətlər pisləşib. Sonradan Paşinyanın partiyası olan Vətəndaş Müqaviləsi Partiyası növbədənkənar seçkiyə Yelk Blokundakı ortaqları ilə getməyəcəyini açıqlayıb.



Köçəryanın açıqlaması müzakirə yaratdı: hakimiyyətə qayıdır?
Köçəryan və Sərkisyan, siz vətən xainisiz - Paşinyan
Nikol Bakıdan icazəsiz Qarabağa gedə bilməz – Sərkisyan
Ermənistanda yenə gərginlik- Nə baş verir?
Ermənistanda hərbi çevriliş ola bilər?- Ekspert
Paşinyanın partlamayan “İsgəndər”lə bağlı açıqlamasına Ermənistan MN NƏ CAVAB VERDİ?
Qarabağda müharibə bitməyib – Armen Sərkisyan
“Vaxt gələcək, cavab verəcəyəm” – Sərkisyandan Paşinyana mesaj
Sərkisyan İrəvan universitetindən qovuldu
Ermənistanda həbslər başladı
Ona istefa verməyi qadağan etmişəm - Paşinyan
"Sərkisyanın iki yolu var ya savaş, ya da həbs"- Politoloq
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı 