“Eurovision 2019” mahnı müsabiqəsinin İsraildə keçiriləcəyi ciddi problemlər yaradıb.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, 62 illik yarışma tarixində ilk dəfə olaraq bir çox ölkə İsraili boykot edib. Məlum olub ki, müsabiqəyə qatılması gözlənilən 46 ölkənin yalnız yarısı iştirak üçün müraciət edib.
Ötən həftə beynəlxalq reaksiyalar səbəbinə görə müsabiqənin Qüds əvəzinə Təl-Əviv şəhərində keçirəcəyi açıqlanmışdı. Ancaq İsrailin fələstinlilərə etdiyi zülmü pisləyən başda BDS hərəkatı olmaq üzrə bir çox vətəndaş cəmiyyət təşkilatı və sənətçilərin müsabiqəyə boykot çağırışları davam edir.
Rocer Uoters və Ken Louç olmaqla, altı israilli məşhurun daxil olduğu 140 artist ortaq hazırladığı bəyanatda öz tələblərini belə ifadə etmişdi: "Fələstin xalqı azadlıq və bərabər hüquqlara sahib olana qədər müsabiqə insan haqlarına hörmət edən başqa bir ölkədə keçirməlidir".
Bəyanatda yarışmadan bir neçə gün sonra, 14 mayda İsrail ordusunun Qəzzada, altısı uşaq olmaqla 62 etirazçını öldürdüyü vurğulanıb.
2019-cu ilin 14-18 May tarixlərində keçirilməsi planlaşdırılan “Eurovision”la bağlı boykot çağırışları davam edərkən builki yarışmaya qatılmaq üçün bu vaxta qədər 23 ölkə müraciət edib. Ölkələrin cərimə ödəmədən yarışdan çıxma müddəti oktyabrın 10-da bitir. İddialara görə, bir çox ölkə məsələyə bitərəf qalsa da, İrlandiya ilə İslandiyanın yarışmada bu il iştirak etməyəcəyi müzakirə olunur.
İştirak edən ölkələr
İsveç, Danimarka, Norveç, Kipr, Malta, Almaniya, Serbiya, Litva, Latviya, İsrail, Fransa, İsveçrə, Belçika, Hollandiya, Çexiya, Estoniya, Azərbaycan, Sloveniya, Finlandiya, Bolqarıstan, İslandiya, İspaniya, İrlandiya.
Müraciət etməyən ölkələr
Portuqaliya, İtaliya, İngiltərə, San Marino, Avstraliya, Belarus, Gürcüstan, Ukrayna, Rusiya, Ermənistan, Moldova, Makedoniya, Belarus, Xorvatiya, Çernoqoriya, Albaniya, Rumıniya, Polşa, Macarıstan, Yunanıstan və Avstriya.
Qatılmayacağı qəti olan ölkələr
Türkiyə, Andorra, Lüksemburq, Slovakiya, Monako, Bosniya və Herseqovina.
Qeyd edək ki, “Eurovision” müsabiqəsini hər il təxminən 200 milyon insan izləyir. İsrail 1978, 1979, 1998 və 2018-ci illərdə yarışmanın qalibi olub. Qüds 1979 və 1999-cu illərdə iki dəfə yarışmaya ev sahibliyi edib.
Qeyd edək ki, məlum səbəblərə görə, bu il futbol üzrə Dünya Kubokundan öncə Argentina Milli Komandası İsraillə oynayacağı hazırlıq matçını ləğv etmişdi. Pop ulduzu Şakira isə mayda Təl-Əvivdə verəcəyi konsertə çıxmamışdı. Eyni zamanda əslən Qüdsdən olan aktrisa Natali Portman mükafat almaq üçün dəvət aldığı İsrail səfərini, Lana Del Rey isə 7 sentyabrdakı İsrail konsertini ləğv etmişdi.



“Eurovision-2019”un keçiriləcəyi şəhər bəlli oldu
“Eurovision 2019” Qüdsdə keçirilməyəcək
İTV "Eurovision-2019" üçün mahnı qəbulunu elan edir
“Uşaq Eurovision 2021” bu tarixdə keçiriləcək
"Eurovision-2019" müsabiqəsində 42 ölkə iştirak edəcək - SİYAHI
Azərbaycan bunu "Eurovision"da ilk dəfə edəcək
"Eurovision 2021” BU TARİXDƏ keçiriləcək
Bu ölkə “Eurovision-2020” mahnı yarışmasında iştirak etməyəcək
Tel-Əvivdə "Eurovision-2019" mahnı müsabiqəsi başlayıb
“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final həyəcanı - CANLI YAYIM
"Eurovision-2019" müsabiqəsi təxirə salınacaq?
“Eurovision 2020”nin keçirilməsi ilə bağlı YENİ XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 