"Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb.
ONN media xəbər verir ki, bu barədə İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Azərbaycan üzrə rəsmi yayım hüququna sahib İctimai Televiziya bu ilin mayında İsrailin Tel-Əviv şəhərində keçiriləcək "Eurovision 2019" mahnı müsabiqəsində ölkəmizin təmsil olunacağı mahnı seçiminə dair şərtləri də açıqlayıb.
Belə ki, həm yerli, həm də xarici bəstəkarlara müraciətdə qeyd edilir: "Söz yazarları və bəstəkarlar müsabiqə üçün göndərəcəkləri musiqi və mətni "MP3" versiyasında təqdim etməlidirlər. Göndərilən mahnının xronometrajı "Eurovision" mahnı müsabiqəsinin təşkilatçısı - Avropa Yayımları Birliyinin (EBU) şərtlərinə uyğun şəkildə maksimum 3 dəqiqə təşkil etməlidir. Mahnı 2018-ci ilin sentyabrın 1-dən öncə ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır. Seçim turuna təqdim edilən mahnı, digər musiqiçilərin "cover" mahnıları ola bilməz, həm musiqi, həm də mahnıda musiqi alətlərinin istifadəsi orijinal olmalı, musiqi bir-birini təkrarlamamalıdır. Mahnı seçimi turunda iştirak edən hər kəs özü haqqında məlumat da yollamalıdır".
Qeyd edək ki, müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız "Eurovision"nın rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.
"Eurovision - 2019" üçün mahnı seçimində iştirak etmək istəyənlər öz ərizələrini bu gündən etibarən [email protected] ünvanına göndərə bilərlər. Mahnı seçimi ilə bağlı ərizələrin qəbulu 7-fevral 2019-cu il tarixində yekunlaşacaq.


İTV "Eurovision-2020" yarışması üçün mahnı qəbulu — ELAN ETDİ
"Avroviziya-2021" üçün mahnı qəbulu elan edildi
Azərbaycanın “Eurovision”da iştirakı təsdiqləndi
"Avroviziya" üçün mahnı seçimi elan olundu
İTV Azərbaycan xəritəsi ilə bağlı buraxılan səhvə görə açıqlama tələb etdi
Azərbaycanın Avroviziya-2021-də iştirakı təsdiqləndi - Təmsilçimiz...
Azərbaycanın səslərini onlar açıqlayacaq
“Eurovision-2019”un keçiriləcəyi şəhər bəlli oldu
Bu ölkə “Eurovision-2020” mahnı yarışmasında iştirak etməyəcək
“Eurovision”da səsləri Faiq Ağayev elan edəcək
"Eurovision 2021” BU TARİXDƏ keçiriləcək
“Eurovision”nun Amerika versiyası keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 