Türkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında əməliyyatları davam etdirir.
ONN media Trend-ə istinadla xəbər verir ki, əməliyyat barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bildirib.
Baş Qərargahın yaydığı son məlumata görə, PKK terror təşkilatı ilə mübarizə çərçivəsində İraqın şimalında bu gün daha 8 terrorçu məhv edilib. Terrorçuların Qara rayonunda məhv edildiyi qeyd edilir. Məlumata görə, terrorçular Türkiyənin sərhədlərini pozaraq həmin ərazidən daxil olmağa cəhd ediblər.
Qeyd edək ki, ötən gün Zap rayonunda 8 terrorçu zərərsizləşdirilmişdi.