Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 18-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.
ONN media Publika-ya istinadla xəbər verir ki, Paşinyanı müdafiə naziri David Tonoyan, baş qərargah rəisi Artak Davtyan və xarici işlər naziri Soqrab Mnasakanyan müşahidə edib.
Paşinyan və onu müşahidə edənlər Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələrinin mövqelərinə baş çəkib.
Rəsmi məlumatda deyilir ki, Paşinyan əsgərlərin döyüş hazırlığını və mövqelərin möhkəmliyini yoxlayıb.
“Vəziyyətlə yerində tanış olmaqda məqsədimiz əsgərlərin xidmət şəraitini və vəziyyət haqqında operativ məlumatın əldə edilməsidir. Hər şey qaydasındadır və vəziyyətə nəzarət etdiyimizi deyə bilərik”, - deyə o bildirib.
Paşinyan Qarabağa gedən yolda iki ayı balasına rast gəlib və erməni nazir ayılarla şəkil çəkdirib.
Bütün bunlar səfərin görünən tərəfinin detallarıdır, lakin Paşinyanın qəfil Qarabağa gəlişinin sirri diqqət çəkir.
Ermənistan Azərbaycana qarşı şərti müharibə elan edəndən sonra rəsmi Bakı analoji addım atdı və 20 minlik ordu ilə ərazilərin azad edilməsi üçün Ermənistana şərti müharibə elan etdi. Ekspertlərin də dediyi kimi, bu faktiki olaraq vəziyyətin müharibənin kandarına qədər gəlib çıxmasıdır. Xüsusilə Azərbaycanın cavab addımı Ermənistanı qorxuya saldı. Çünki müasir hərbi texnikaya malik ordumuzun genişmiqyaslı təlimləri düşmən üçün gözlənilməz xəbərdarlıq oldu.
Paşinyanın işğal altındakı torpaqlara qəfil gəlişi də müharibə xofundan qaynaqlanır. Paşinyanın əvvəlki səfərlərindən fərqli olaraq, bu dəfə cəbhəyə gılməsi də təsadüfi deyil. Mümkündür ki, o, Qarabağda döyüşə hazırlıq haqqında tapşırıq verib. Göründüyü kimi, müharibə artıq başlayır.



Paşinyan Qarabağda: Döyüş mövqelərinə baş çəkdi - FOTO
Paşinyan Litvaya gedir - NİYƏ?
Paşinyan Azərbaycanla sərhədə gəldi
Ermənistanda kapitulyasiyadan sonra İLK - Paşinyan...
Paşinyandan ETİRAF: "Yüzlərlə hərbçimiz..."
Paşinyan hökumətin 80%-ni istefaya göndərir?
Paşinyan Putinə zəng etdi
Tonoyan Qarabağa gəldi
Paşinyan daha iki nəfəri işdən QOVDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 