Aralıq dənizi üzərində hərbi təyyarəsi vurulan Rusiyadan əks həmlə gəldi.
ONN media Türkiyənin “Haber7” saytına istinadən xəbər verir ki, Cənubi Kipr mediasının yazdığına görə, Rusiya Suriyanın Şərqi Aralıq dənizi sahillərini hava və dəniz marşrutu üçün bağlayıb.
Cənubi Kipr mediasının xəbərlərini İsrailin “Haaretz” qəzeti ölkəsindən olan səlahiyyətlilərə istinadən təsdiqləyib. Rusiyanın qəbul etdiyi qərar əsasən, bölgədə gələn həftədən etibarən heç bir təyyarə və gəmi hərəkət etməyəcək.
Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə bazasına qayıdan zaman radarlardan itib. Sonradan dəqiqləşdiriblər ki, “İl-20” Latakiya əyalətdə Suriya ordusunun obyektlərinə İsrailin 4 “F-16” təyyarəsinin hücumu gedişatında yoxa çıxıb.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Suriyanın Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub. İdarədən bildiriblər ki, İsrail pilotları “İl-20”nin arxasında gizlədərək onu “S-200” kompleksinin atəşi altında qoyublar. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov İsrailin hərəkətlərini “düşmən hərəkətlər” kimi qiymətləndirib.
Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.
Rusiya lideri Vladimir Putin Suriyadakı hərbi qüvvələrin təhlükəsizliyi üçün yeni tədbirlərin görüləcəyini açıqlayıb.



Putinə elə birşey təqdim olundu ki...- ŞOK
Putin elə bir addım atdı ki...
Rusiya və ABŞ arasında gərginlik?
ABŞ gəmisi Aralıq dənizində türk gəmisini izlədi
Türkiyənin Aralıq dənizi ilə bağlı YENİ PLANI
İsrail səfiri Rusiya XİN-ə çağırıldı
İsrailin BÖYÜK QORXUSU- Bu tarixdən...
İrandan TƏHDİD: İsrailə cavab veriləcək
Rus təyyarəsi bu ölkəyə girdi
Moskva Netanyahunu qəbul etmədi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 